Prezidentin əlini öpdüyü ağbirçək - “Allaha inandığım kimi inandım ki, o, gələcək”
Tarix: 9-02-2019, 10:30 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Prezidentin əlini öpdüyü ağbirçək - “Allaha inandığım kimi inandım ki, o, gələcək”



Bu günlərdə Şamaxıda qeydə alınmış zəlzələnin nəticələri və Azərbaycan prezidentinin təbii fəlakət zonasına səfərindən sonra verilmiş tapşırıqların icrasının gedişi ilə bağlı məsələləri yerində öyrənməkdən ötrü REAL Təhlil və İnformasiya Mərkəzinin yaradıcı heyəti hadisə rayonunda olub.

Mirşahin Ağayevin rəhbərlik etdiyi yaradıcı heyət FHN nazirinin müavini Etibar Mirzəyev və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynlinin də olduğu, Fövqəladə Hallar Nazirliyinin ayırdığı xüsusi helikopterlə Şamaxı şəhərinə yollanıb.

Yaradıcı heyət prezident İlham Əliyevin baş çəkdiyi fəlakətdən zərər çəkən evlərdən birində olub. Mirşahin Ağayev həmin evin artıq rayonda "prezidentin əlini öpdüyü qadının həyəti” kimi tanındığını bildirib.

Evin sahibəsi, ağbirçək isə dövlət başçısı ilə görüşünü belə xatırlayıb: "Allaha inandığım kimi inandım ki, o, gələcək. Yanıma gələndə istədim ayağa qalxım, lakin çiyinlərimdən tutub məni oturtdu. Sonra da üzümdən, alnımdan, gözlərimdən öpdü. Soruşdum ki, bəs xanımın hardadır? Dedi ki, xanımım Allah qoysa, ev hazır olanda gələcək”.(bakipost)

aia.az

шаблоны для dle 11.2



534 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
29-09-2016, 11:19 Bakıda evləri su basdı



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

15-02-2019
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
{sape_links}{sape_article}