Sabirabadın təhsil müəssisələrində yeni tədris metodikaları uğurla tətbiq olunur
Tarix: 6-02-2019, 12:28 | Saat: 15:47:00
Bölmə:Manşet / Təhsil | çapa göndər

Sabirabadın təhsil müəssisələrində yeni tədris metodikaları uğurla tətbiq olunur



Rayon Təhsil Şöbəsinin rəhbərliyində duran və kollektivdə çalışan, eləcə də təhsil müəssisələrində dərs deyən peşəkar pedaqoji kadrların ciddi səyləri nəticəsində bu sahədə nəzərə çarpacaq inkişafa nail olunmuşdur

Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycanda inkişafı dövlət tərəfindən prioritet istiqamət kimi müəyyənləşdirilimiş sahələrdən biri də ölkənin təhsil sistemidir. Mövzuya dair ötən yazılarımızda da qeyd etdiyimiz kimi, məhz bu sahənin inkişafına göstərilən dövlət qayğısı, qarşıya qoyulan məqsədlərə çatmaq üçün ayrılan maliyyə vəsaitlərinin həcmi, həyata keçirilən irimiqyaslı layihələrin səmərəlilik dərəcəsi və digər bu kimi göstəricilər xüsusilə son bir neçə ildə proporsional qaydada yüksəlməkdədir. Qeyd olunmalıdır ki, hazırda ölkənin təhsil sisteminin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası paytaxt Bakı ilə yanaşı dsigər rayon və bölgələrimizdə də uğurla həyata keçirilməkdədir. Təhsil sahəsində kifayət qədər yüksək göstəricilərin əldə olunduğu, dinamik inkişafın müşahidə edildiyi rayonlarımızdan biri də Sabirabad rayonudur.

RTŞ-nin fəaliyyəti düzgün istiqamətə yönləndirilib

Bu gün Sabirabad Rayon Təhsil Şöbəsinin tabeliyində 85 ümumtəhsil məktəbi vardır ki, bunlardan 9-u Sabirabad şəhərində, 76-sı rayonun kəndlərində fəaliyyət göstərir.



O cümlədən, rayonda 65 tam orta məktəb, 15 ümumi orta məktəb və 5 ibtidai məktəb fəaliyyətdədir. Rayon üzrə şagirdlərin sayı 26122 nəfər, müəllimlərin sayı 2366 nəfər və texniki işçilərin sayı 1287 nəfərdir. Bundan başqa rayonda 2 məktəbdənkənar tərbiyə müəssisəsi də fəaliyyət göstərir ki, bu müəssisələrə cəlb olunmuş şagirdlərin də sayı 326 nəfərdir.

Sabirabad RTŞ-nin müdiri Pəhlivan Qarayevdir.

Qısa arayış:

Qarayev Pəhlivan Haqverdi oğlu 1965-ci ildə Sabirabad rayonunun Surra kəndində anadan olub. 1990-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu Fizika- İnformatika və Hesablama texnikası ixtisası üzrə bitirib. 1990-1992-ci illərdə Sabirabad rayonunun Surra kənd tam orta məktəbində müəllim, 1992-1994-cü illərdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 1994-2010-cu illərdə həmin məktəbin direktoru vəzifələrində çalışıb. 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2010-cu ildə Sabirabad Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə təyin edilib. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 1994-cü ildən hal-hazıra kimi Sabirabad rayon Surra kənd Məntəqə Seçki Komissiyasının sədri vəzifəsində işləyir.

19 aprel 2016-cı il tarixdən Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini icra edir.



Qısa həyat tarixçəsindən də məlum olduğu kimi, Pəhlivan müəllim təhsil sahəsində kifayət qədər təcrübəyə və elmi biliklərə sahib olan peşəkar kadrlardandır. Həmçinin bu da xüsusi qeyd oluna biləcək bir məqamdır ki, RTŞ müdiri rayonun təhsil sisteminin içərisində illər boyunca çalışmış, burada formalaşmış və bu səbəbdən də

bütün müsbət və mənfi cəhətləri bilən, mövcud problemlərə və daxili potensiala yaxından bələd olan mütəxəssisdir. Bütün bu cəhətlər isə, Pəhlivan Qarayevin rəhbərlik etdiyi qurumun fəaliyyətini rayonun təhsil sisteminin inkişafı məqsədilə dövlət tərəfindən qarşıya qoyulmuş vəzifələrin səmərəli icrası istiqamətində düzgün yönləndirməsində mühüm rol oynayır.

Bununla belə etiraf olunmalıdır ki, birbaşa dövlət dəstəyi olmadan, necə deyərlər, sadəcə təşəbbüskarlıq üzərindən yüksək nəticələr əldə etmək mümkün deyil. Bu gün milli təhsilimizə məhz dövlət qayğısının nəticəsidir ki, son illərdə Azərbaycanda təhsil sektorunun maliyyələşdirilməsi dinamik xətt üzrə inkişaf etmiş, təhsilə ayrılan büdcə vəsaiti xeyli dərəcədə artmışdır.

Təhsilin inkişafına dövlət qayğısı yüksək səviyyədədir

İnkişaf proqramının reallaşdırılması nəticəsində, bu gün bütün ölkə ərazisində yeni məktəblər tikilir, mövcud məktəblər bərpa və əsaslı təmir olunur, müasir avadanlıqlarla təchiz edilir, komputerləşdirilir. O cümlədən, hazırda Sabirabad rayonunda təhsil sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə irimiqyaslı dövlət tədbirləri həyata keçirilir. Bu tədbirlərin əməli nəticəsini görmək üçün sadəcə son bir neçə ildə Sabirabadda tikilən, təmir olunan və istifadəyə verilən məktəblərin siyahısına nəzər yetirmək kifayətdir.



Belə ki, Mürsəlli və Qasımbəyli kənd tam orta məktəbləri 2011-ci ildə yüksək səviyyədə təmir olunmuş və yenidən istifadəyə verilmişdir. Qeyd edək ki, hər iki məktəbin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Həmçinin 2011-ci ildə Ulacalı, Əsgərbəyli, Muradbəyli kənd tam orta məktəbləri yüksək səviyyədə təmir olunmuşdur. Sabirabad şəhər 2 saylı uşaq bağçası əsaslı təmir edilmiş, Qasımbəyli kəndində qəza vəziyyətində olan uşaq bağçası sökülərək yerində yeni müasir bağça binası tikilmişdir.

2012-ci ildə N.Gəncəvi adına 5 saylı şəhər, Z.Tağıyev adına 6 saylı şəhər tam orta məktəblərində bərpa-gücləndirmə işləri başa çatdırılmışdır. E.Nadirov adına 8 saylı şəhər tam orta məktəbi üçün 480 şagird yerlik, Yuxarı Axtaçı kənd tam orta məktəbi üçün 240 şagird yerlik, Nərimankənd kənd tam orta məktəbi üçün isə 480 şagird yerlik məktəb binaları tikilib istifadəyə verilmişdir.

2013-cü ildə M.Ə.Sabir adına 1 saylı tam orta məktəb tikilib istifadəyə verilmişdir. Qaraağac, Kovlar, 1 saylı Qaragüney, Çöl Beşdəli və Xəlfəli kənd tam orta məktəbləri də əsaslı təmir edilmişdir. Qeyd olunan məktəblərin hamısı lazımi inventar və avadanlıqlarla təmin olunmuşdur. Nəriman Nərimanov adına 2 saylı beynəlmiləl məktəb-liseydə və Yastıqobu kənd ümumi orta məktəbində də təmir işi aparılmışdır.

Səməd Vurğun adına 3 saylı şəhər və 2 saylı Cavad kənd tam orta məktəblərinin dam örtüyü dəyişdirilmiş, fasad hissəsi təmir olunmuşdur.



2017-ci ilin sentyabr ayının 15-də Qəfərli kəndində modul tipli 40 şagird yerlik yeni məktəb binasının açılışı olmuşdur.

2018-ci ildə isə, yenə də “Bilik günü”ndə Sabirabadın Yaxadəllək kənd tam orta məktəbi üçün tikilən yeni məktəb binası istifadəyə verilib. Yeni istifadəyə verilən ikimərtəbəli məktəb binası 360 şagird yerlikdir. Məktəbdə 16 sinif otağı, fənn kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, kompüter otağı, kitabxana, akt və idman zalları, yeməkxana və digər yardımçı sahələr fəaliyyət göstərəcək. Müasir tələblər əsasında tikilən binada tədris prosesini yüksək səviyyədə aparmaq üçün hər cür şərait yaradılıb.

Sabirabaddan ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayanların sayı artır



Ötən ilin sentyabr ayının 9-da, Sabirabad rayon Heydər Əliyev Mərkəzində keçirilmiş təhsil işçilərinin ənənəvi sentyabr konfransında təqdim olunan məlumatlardan da bu qənaətə gəlmək olur ki, dövlət tərəfindən göstərilən bu diqqət və qayğının müqabilində Sabirabad rayonunun həm pedaqoji, həm də şagird kollektivləri öz növbələrində yüksək göstəricilərə nail olmaq üçün bütün potensiallarını səfərbər etmişlər. Bir tərəfdən reallaşdırılan dövlət proqramlarının uğurlu icrası, digər tərəfdən də yerli peşəkar pedaqoji kadrların səyləri nəticəsində ötən tədris ilində rayonun təhsil sahəsində uğurlu nəticələr əldə olunmuşdur. 2017-2018-ci tədris ilinin yekunları olaraq Sabirabadda ümumtəhsil məktəblərini bitirən məzunlardan 311 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Tələbə adını qazanan məzunlardan 15 nəfəri 600-dən yuxarı, 37 nəfəri isə 500-600 arası bal toplayıb. Qeyd edək ki, yeni dərs ilində rayondakı ümumtəhsil məktəbində şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olan müəllimlərdən 7 nəfəri “Əməkdar müəllim” adına, 11 nəfəri “Tərəqqi” medalına layiq görülüb, 14 müəllim isə “Qabaqcıl təhsil işçisi”dir. Yeri gəlmişkən, sentyabr ayında keçirilən konfransda Sabirabadın ümumtəhsil məktəblərinin bir qrup qabaqcıl müəlliminə və 600-dən çox bal toplayan məzunlara pul mükafatı, qiymətli hədiyyələr və fəxri fərmanlar da təqdim olunub.

aia.az
Abbas Abbasov
Elbrus Bağırovшаблоны для dle 11.2



5161 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

15-02-2019
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
{sape_links}{sape_article}