Nazir anons verdi – Bakıda daha böyük idman tədbirləri keçiriləcək
Tarix: 5-02-2019, 12:13 | Saat: 15:47:00
Bölmə:Manşet / İdman | çapa göndər

Nazir anons verdi – Bakıda daha böyük idman tədbirləri keçiriləcək


““Formula 1 Azərbaycan Qran Prisi”nin keçirilməsi ilə bağlı ilk addımları 2014-cü ildə atmağa başlamışdıq.



Artıq müqavilənin uzadılması üçün yenidən toplaşmışıq. Eyni zamanda onu bildirmək istərdim ki, Bakı Şəhər Halqası Formula 1 tərkibində olan ən sürətli yarışlardan biridir”.



Modern.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib. Onun sözlərinə görə, hər il belə bir tədbirlərin keçirilməsinə yerli şirkətlər cəlb edilir ki, təşkilat prosesində öz dəstəklərini versinlər.



“Formula 1 qrupunun həyata keçirilməsi bağlı heyət üzvlərinə təşəkkür edirəm. Onlar bizi bu istiqamətdə dəstəkləyirlər”.



Azad Rəhimov bildirib ki, bu tədbirlə yanaşı Bakı şəhərində bir sıra vacib idman tədbirləri də keçiriləcək.



“Buna bilavasitə gənclər arasında 15-ci Avropa oyunları festivalını qeyd etmək olar. Avropa Liqasının finalının da Bakıda keçirilməsini qeyd edəcəyik. Bununla yanaş, paytaxtımızda bir sıra önəmli tədbirlər də baş tutacaq ki, bu da Bakını dünya xəritəsində önəmli idman yarışlarının və oyunlarının keçirilməsi ilə bağlı xüsusi bir məkana çevirir. Əlbəttə ki, bu ölkəmizə böyük töhfədir. Formula 1 yarışlarına gələn turistlərin sayı artmaqdadır.



Eyni zamanda bu gün hazırladığımız və gələcəkdə keçirdiyimiz tədbirlər ölkəmizin gələcəyi üçün böyük üstünlüklər vəd edir”.

aia.azшаблоны для dle 11.2



564 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

15-02-2019
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
{sape_links}{sape_article}