Mobil versiya
“Nazir yalançıdır”: baş redaktor və iqtisadçı Sahil Babayevi ifşa elədi - Rəqəmlər/Fotolar
Tarix: 07-01-2019 | Saat: 14:13
Bölmə:Manşet / Seçilənlər-2 | çapa göndər

“Nazir yalançıdır”: baş redaktor və iqtisadçı Sahil Babayevi ifşa elədi - Rəqəmlər/Fotolar


“Cənab Prezident tərəfindən bu il təyin olunmuş nazirlər arasında xalqın etimadını daha çox doğrultmayan Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayevdir” bu sözləri “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas feysbuk hesabında yazıb. Onun sözlərinə görə, nazir yalançıdır, qəbula gələn insanlara hörmətsizlik edir, əliliyin təsdiq edilməsi prosesində xalqa zülm edir: “Sosial yardıma ciddi ehtiyacı olan əksər insanları qeydiyyatdan keçirmir, guya bu yolla dövlətə "fayda" verir! Nazirliyə yaxınlarını, dostlarını yığıb, dostluq klubu kimi idarə edir, hətta vətəndaşların qəbulu zamanı elektron siqaret çəkirdi...” T.Abbas qeyd etdiyibu mənfilikləri nazirin qəbul günü oradakı insanlardan duyduğunu və gördüyünü bildirib: “67 yaşında ikinci qrup əlil və müharibə veteranını 4 saat(!) gözlətdikdən sonra qəbula ən sonuncu düşdüm! İkinci qrup əlil və müharibə veteranı kimi, nazirə müalicəyə ciddi ehtiyacım olduğunu bildirdim. Məni əmin edib, arxayın yola saldı. İndi həmin qəbuldan düz 6 ay keçməsinə baxmayaraq, heç bir nəticə yoxdur. Belə də yalançı nazir olar?! Düşünürəm ki, Sahil Babayevin namizədliyini nazir vəzifəsinə kim irəli sürübsə, çox ciddi yanlışlığa yol verib, sonda çox peşman olacaq, çünki bu səviyyə ilə nazir işləmək olmaz”. Baş redaktorun yazdıqları sosial şəbəkədə səs-küy doğurub. Onun statusuna şərh yazanlar da maraqlı məqamlar açıqlayıblar. Fəqani Hüseynovun dediyinə görə, Gədəbəy hələ də pensiyanı almayıb, ilin son ayı bitir. Vüqar Kərimov belə şərh verib: “Bəs deyirdilər Səlim Müslümov getsə düzələcək. Nə oldu?Onsuz da Azərbaycanda təzə vəzifəyə gələn həmişə gedənin atasına rəhmət oxutdurur”. Müzəffər Fərəcov yazır: “Əsirlikdə itib batan əmək stajlarını məhkəmə yoluyla təsdiq edənləri də süründürməçiliyəsalıb. Gülünc və yarıtmaz işlərlə məşğuldur. Nazir olub, anlamır ki, işğal edilən ərazilərdən insanların mənim kimi əksəriyyəti canlarını məcburən çıxara biliblər. Bu dövlətdə kiminsə yerinə qoyulanlar özündən əvvəlkilərin ölüsünə rəhmət oxutdurmaq üçün təyin edilirlər”. Mübariz Binnətoğlu: “Səlim Müslümovun vaxtında heç olmasa vətəndaşı dinləyən var idi. İndi adı çəkilən nazirlikdə özbaşınalıq sürətlə inkişaf edir”. ünvanlı sosial yardım alanların "kədərli bayram sevinci" də üzə çıxıb. Nazirliyin ÜSY ilə bağlı yarıtmaz fəaliyyəti rəqəmlərlə sübuta yetirilib. İqtisadçı olan Qalib Toğrul feysbukda çox maraqlı məlumatları paylaşıb və ortalığa real faktlar qoyub. Belə ki, prezident 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı (ÜSY) alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayırıb. Bu da o deməkdir ki, ölkəmizdə 50 min ailə ünvanlı sosial yardım alır. Ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasına yerləşdirilən məlumata istinad etsək (işğal altında olan 7 rayonun bazaya daxil edilməyən məlumatları istisna olmaqla), 20.12.18-ci il tarixinə, 39 893 ailə ÜSY alır. Son illər hər il dövlət büdcəsindən ÜSY-nin maliyyələşməsinə 200 milyon manatdan az olmamaqla vəsait ayrılır. Cədvəldən də göründüyü kimi 2018-ci ilin əvvəli ilə müqayisədə ÜSY alanların sayı kəskin şəkildə azaldılıb. Vəsaitin tam xərclənmədiyi elə sərəncamdan da aydın olur. Fikir verdinizsə, sərəncamda yazılır: “2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən…” Maraqlı olan digər məsələ ÜSY alanların ölkə üzrə paylanması vəziyyətidir. Əvvəllər yazılmamış qaydalara görə, regionlar arasında tarazlıq gözlənilir, bir rayonun digərindən kəskin fərqlənməsinə imkan verilmirdi. İndi isə vəziyyət fərqlidir. Bu günə olan statistikaya görə, ən çox ÜSY alan rayon və şəhərlərin ilk onluğu belədir: 1. Lənkəran - 2433 ailə; 2. Sumqayıt - 2294 ailə; 3. Masallı - 1790 ailə; 4. Gəncə - 1631 ailə; 5. Abşeron - 1576 ailə; 6. Suraxanı - 1513 ailə; 7. Xaçmaz - 1293 ailə; 8. Şabran - 1230 ailə; 9. Qaradağ - 1196 ailə; 10. Sabunçu - 1091 ailə. ÜSY təyinində neqativ halların olmasını istisna etsək, o zaman əhalinin sayında yoxsulların xüsusi çəkisinə görə, ən yoxsul rayonumuz Şabran olmalıdır. Ən az ÜSY alanların 5-liyi isə aşağıdakı şəkildədir: 1. Qobustan - 27 ailə; 2. Naftalan -59 ailə; 3. Oğuz - 68 ailə; 4. İsmayıllı - 79 ailə; 5. Zərdab - 84 ailə. Doğrudan da maraqlı rəqəmlərdi. Xaçmazda əhali sayı 180 min nəfərdir, Şabranda isə 37 min nəfər. Və belə görünür ki, hər iki rayonda bu yardımı alan yoxsul ailələrin sayı eynidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024