Mobil versiya
Deputatla BDU-nun rektor əvəzi arasında qalmaqal.. - Belə deyirlər...
Tarix: 28-11-2018 | Saat: 12:18
Bölmə:Manşet / Təhsil | çapa göndər

Deputatla BDU-nun rektor əvəzi arasında qalmaqal.. - Belə deyirlər...

Bu gün Azərbaycan Dillər Universitetinin müəllimi, BDU-nun dissertantı Könül Haqverdiyevanın elmi işinin müdafiəsi ilə bağlı sənədlərinin BDU-nun kafedra müdiri Bəxtiyar Əliyevin kafedrasında Elmi Şura tərəfindən qəbul edilməsinin sonuncu günüdür. Lakin K.Haqverdiyevanın sənədlərinin BDU-nun psixologiya üzrə Elmi Şurasının sədri Rəna Qədirova tərəfindən qəbul edilməsi müşkülə dönüb. Könül Haqverdiyeva bu gün BDU-da olub və məlum olub ki, Bəxtiyar Əliyevin tapşırığı ilə Rəna Qədirova auditoriyada dərsinin olmasına baxmayaraq universiteti tərk edib, yoxa çıxıb. Həmçinin Elmi Şuranın katibi Rəşid Cabbarov da yerində tapılmayıb. Kafedranın müdiri Bəxtiyar Əliyev isə qəsdən kabinetini içəridən bağlayıb, ilim-ilim itib… Bir sözlə, dissertant Könül Haqverdiyeva Bəxtiyar Əliyevin şəxsi intriqasının əziyyətini çəkməkdədir.
BDU-dan bu barədə redaksiyamıza məlumat veriləndən sonra əməkdaşlarımız hadisə yerində olublar və Rəna Qədirovanın dərs deməli olduğu auditoriyanın boş olduğu, beləliklə, müəllimin şəxsi intriqalarla oynadığı bəlli olub. «Təzadlar»ın əməkdaşları auditoriyanın boş olmasını videokadrlarla lentə alıblar.

Könül Haqverdiyeva BDU-nun rektor əvəzi ilə görüşüb…

Yaranmış problemlə bağlı dissertant Könül Haqverdiyeva bu səhər saat 11:20 radələrində BDU-nun rektor əvəzi İradə Əliyeva ilə görüşüb, baş verənləri ona ətraflı danışıb. Rektor əvəzi dərhal tapşırıq verib ki, Rəna Qədirovanı tapıb gətirsinlər. Lakin bu dəqiqələrədək Rəna Qədirova iş yerində olmayıb. Bütün bunlar hadisə şahidləri və əməkdaşlarımız tərəfindən foto və videolarla qeydə alınıb…
Beləcə, Bəxtiyar Əliyev plagiat olduğu iddia edilən və bu səbəbdən bütün mənbələrdə yox etdirdiyi namizədlik dissertasiyasının taleyini düşünmək əvəzinə, Ağdamdan məcburi köçkün, dissertant Könül Haqverdiyeva ilə münaqişəyə girişib. Allah xeyrini versin! Sonda neçə gündür onun xahişlərini edənlər də Allah şahidi olacaqlar ki, Bəxtiyar Əliyevin bu hərəkəti nə ilə nəticələnəcək. Kor və kar olmaq lazımdır ki, ölkə Prezidentinin Azərbaycanda yaratdığı sabitlik və sakitçiliyə kimlər və necə balta çalır.
Bizi izləyin, Bəxtiyar Əliyevin BDU-da «dövlət içində dövlət» prinsipsizliyinin hansı aqibət yaşaması barədə məlumat verəcəyik. Belə çıxır ki, çoxdandır BDU rektoru olmaq arzusunu gizlətməyən Bəxtiyar Əliyev indi də BDU-nun adının pis hadisələrdə hallanmasında maraqlıdır… teadlar.az\\



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024