Mobil versiya
İlham Əliyev Çeçenistana səfər edəcək
Tarix: 27-11-2018 | Saat: 18:15
Bölmə:Manşet / Gündəm | çapa göndər

İlham Əliyev Çeçenistana səfər edəcək


"Mən atam Heydər Əliyevin xatirəsinə olan belə hörmətə və belə gözəl bağın yaradılmasına görə təşəkkürümü bildirmək istərdim".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Dövlət başçısı bildirib ki, bu, bizim hamımız üçün çox vacibdir: "Çox minnətdaram və öz tərəfimdən demək istərdim ki, Azərbaycanda da, həmçinin xalqınız üçün ən çətin illərdə xalqı tərəqqi yolu ilə aparan və öz dini, öz xalqı və gələcək naminə şəhid kimi özünü qurban verən Çeçenistan Respublikasının rəhbəri Hacı Əhməd Kadırovun xatirəsinə böyük hörmətlə yanaşırlar. Siz bilirsiniz ki, valideynlərimizi də yaxın münasibətlər bağlayıb. Biz bu ənənəni davam etdiririk. Belə də olmalıdır. Əminəm ki, irəliyə doğru gedəcəyik və əlbəttə, böyük məmnuniyyətlə Sizin dəvətinizi qəbul edirəm, səfər edəcəyəm".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024