Mobil versiya
Qəbələ təhsili dinamik inkişaf mərhələsində
Tarix: 20-11-2018 | Saat: 16:58
Bölmə:Manşet / Təhsil | çapa göndər

Qəbələ təhsili dinamik inkişaf mərhələsində



Rayon Təhsil Şöbəsinin yeni rəhbərliyi tərəfindən bu qurumun fəaliyyətindəki prioritet istiqamətlər düzgün müəyyənləşdirilib

Mövzuya dair dərc etdiyimiz ötən yazılarımızda da qeyd etdiyimiz kimi, 2018-2019-cu tədris ili həm də bir çox rayon təhsil şöbələrinin rəhbərliyində baş vermiş kadr dəyişiklikləri ilə diqqətləri cəlb etmiş oldu. Həmçinin biz öz yazılarımızda belə bir məqamı da vurğulamışdıq ki, ölkənin təhsil sisteminin daha sürətli inkişafını təmin etmək üçün bu reformalar zəruridir. Bu baxımdan 2018-ci ilin mart ayında Qəbələ Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə Arifə Bayramovanın təyin olunması da rayon ictimaiyyəti tərəfindən razılıqla qarşılanmışdır.



Rayon ictimaiyyətinin ümumi rəyinə görə, son vaxtlar Qəbələnin təhsil sahəsində daha çox müasirləşməyə ehtiyac duyulduğu aşkar hiss olunmaqda idi. Ola bilsin ki, məhz bu səbəbdən də rayonun Təhsil Şöbəsinin rəhbərliyinə daha gənc və müasir dövrün tələblərinə daha uyğun qərarlar verə biləcək bir kadrın gətirilməsi barədə qərar qəbul edildi. Digər tərəfdən də Arifə Bayramova hazırda rəhbərlik etdiyi quruma kifayət qədər yaxından, necə deyərlər içəridən bələd olan bir mütəxəssisdir. Belə ki, o, bu vəzifəyə təyin olunana qədər Qəbələ Rayonu Təhsil Şöbəsinin Metodik Kabinetinin müdiri vəzifəsində çalışıb.

Qəbələ məktəbliləri “Olimp”i fəth edir




Qeyd edək ki, Qəbələ RTŞ-nin tabeliyində 2017-2018-ci tədris ilində 68 ümumtəhsil məktəbi, o cümlədən 53 tam orta, 12 ümumi orta, və 3 ibtidai məktəb faəliyyət göstərmiş, 1170 nəfər uşaq 66 məktəbə hazırlıq qruplarına, 15980 nəfər şagird isə 973 sinif komplektinə cəlb olunmuşdur. Məktəbəhazırlıq qrupları ilə birlikdə şagird kontigenti 17150 nəfər olmuş, onların təlim-tərbiyəsi ilə 2279 nəfər müəllim məşğul olmuşdur. Vurğulanmışdır ki, şagirdlərin dərin, fundamental bilik mənimsəmələrində, savadlı şagirdlərin müəyyən sahələr üzrə istedadlarının üzə çixarılmasında, həmin uşaqlarda yaradıcılıq, tədqiqatçılıq meyllərinin gücləndirilməsində fənn olimpiadaların rolu olduqca böyükdür. Buna görə də təhsil şöbəsi, ümumtəhsil məktəblərinin rəhbərləri, həmçinin rayonun qabaqcıl fənn müəllimləri bu istiqamətdəki işləri diqqət mərkəzində saxlamışlar. Görülən işlərin nəticəsində fənn olimpiadalarının rayon mərhələsində 363 nəfər, İsmayıllı şəhərində keçirilən zona mərhələsində 73 nəfər iştirak etmiş, onlardan 11 nəfəri respublika turunda iştirak etmək hüququ qazanmış və 6 nəfər şagird respublika turunun qalibi olmuşdur.

Məktəblərin maddi-texniki bazaları yenilənir



“Təhsildə keyfiyyət ili” çərçivəsində ilk dəfə təşkil olunmuş pedaqoji mühazirədə rayonun müəllimləri fəal iştirak etmişlər. Rayon üzrə seçim mərhələsində 30-a yaxın pedaqoji işçi iştirak etmiş, komissiya tərəfindən dinləmələrdən və müzakirələrdən sonra innovativ xarakterə, ciddi təcrübi əhəmiyyətə malik olan iki məruzə söbənin təqdimat məktubu ilə Ölkə üzrə Təşkilat Komitəsinə təqdim olunmuşdur. Respublika Təşkilat komitəsinə təqdim olunmuş hər iki məruzə müsabiqənin qalibi olmuş 1-ci və 2-ci yerlərə layiq görülmüşlər. 2017-2018-ci dərs ilində rayon məktəblərini bitirən 1164 nəfərdən 814 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 508 nəfəri tələbə adını qazanmış, 50 nəfəri isə 600 dən çox bal toplamışlar. Məktəblərin maddi-texniki bazalarının möhkəmləndirilməsi və yenilənməsi istiqamətində rayonda xeyli işlər görüldüyü diqqətə çatdırılmışdır. Belə ki, rayonun Laza kəndində 80 yerlik ümumi orta, Zərgərli kəndində isə 56 yerlik ibtidai məktəb üçün modul tipli yeni məktəb binaları tikilmiş, Bum qəsəbə tam orta, Zarağan kənd 1 saylı tam orta və Məmmədağalı kənd tam orta məktəblərinin dam örtükləri dəyişdirilmişdir. Qeyd olunmuşdur ki, Vəndam qəsəbə 2 saylı tam orta məktəbi üçün yaxın günlərdə 380 yerlik yeni məktəb binasının tikintisinə, Qaradeyin kəndində 80 yerlik tam orta və Şəfili kəndində isə 20 yerlik modul tipli ibtidai məktəblərin quraşdırılmasına başlanılacaqdır.

Qəbələ təhsilində prioritet istiqamətlər məlumdur



Qəbələ Rayon Təhsil Şöbəsinin çoxşaxəli və səmərəli fəaliyyətindən bəhs edən və bu yazıda təqdim etdiyimiz cəmi bir neçə epizoddan da artıq belə bir qənaətə gəlmək olar ki, Arifə Bayramovanın Qəbələ RTŞ-nin müdiri vəzifəsinə təyinatından az bir müddətin keçməsinə baxmayaraq, artıq bu qurumun işində önəmli irəliləyişlər müşahidə olunmaqdadır. Bu barədə əldə etdiyimiz məlumatlarda da xüsusi olaraq vurğulanır ki, bu təyinatdan sonra rayonun təhsil müəssisələrində xüsusi bir canlanma, dinamiklik və işgüzarlıq aşkar müşahidə olunmaqdadır. RTŞ-də mütəmadi olaraq keçirilən toplantı və müşavirələrdə rayonun təhsil müəssisələrinin ümumi fəaliyyət konsepsiyası və konkret dövrü proqramlar işlənib hazırlanır. Şübhə etmirik ki, cari tədris ilində də məktəb idarəetməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi kimi məsələlər Qəbələ RTŞ-nin fəaliyyətinin əsas prioritet istiqamətlərindən olacaqdır

aia.az
Aytən Quliyeva
Samir Ağayev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024