Mobil versiya
Cəbrayıl: təhsil sistemi yeni inkişaf mərhələsinə qədəm qoyur
Tarix: 15-11-2018 | Saat: 14:55
Bölmə:Manşet / Təhsil | çapa göndər

Cəbrayıl: təhsil sistemi yeni inkişaf mərhələsinə qədəm qoyur


Zamiq Qurbanov ən qısa zamanda rayon təhsilinin inkişafını keyfiyyətcə daha yüksək mərhələyə çıxarmaqda tam qərarlıdır

Azərbaycanın rayon və bölgələrində təhsilin inkişafına yönəlmiş infrastruktur sosial layihələr ölkə rəhbərliyinin daim diqqət mərkəzində saxlanılır. Təkcə ötən il ölkədə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. Diqqətəlayiq haldır ki, son illərdə reallaşdırılan infrastruktur layihələri çərçivəsində tikilən, əsaslı təmir edilən 3104 məktəbdən 2826-sı regionların payına düşür. O cümlədən ərazisi işğal olunmuş rayonlarda təhsilin inkişafına hər zaman xüsusi həssaslıqla yanaşılır. Belə bölgələrimizdən biri də Cəbrayıl rayonudur.

Cəbrayıl rayon Təhsil Şöbəsi 23.08.1993-cü ilədək Cəbrayıl şəhərində, rayon erməni silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra, 1993-cü ildən 2007-ci ilin sentyabr ayına qədər Saatlı şəhərində fəaliyyət göstərmişdir. 2007-ci ilin sentyabr ayından Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 7 saylı qəsəbədə yerləşir. Bu gün Cəbrayıl RTŞ-nin tabeliyində 39 tam orta məktəb, 3 ümumi orta məktəb və 2 ibtidai məktəb fəaliyyət göstərir. 01 oktyabr 2018-ci il tarixdən Cəbrayıl rayon Təhsil Şöbəsin müdiri vəzifəsinə Zamiq Qurbanov təyin olunub.

Qısa arayış:



Qurbanov Zamiq Mətləb oğlu 13 sentyabr 1981-ci ildə Cəbrayıl rayon Dağ Tumas kəndində anadan olub. 1993-cü ildən Cəbrayıl rayonunun işğal olunması ilə əlaqədar olaraq, ailəsi ilə birlikdə Sumqayıt şəhərində məskunlaşmışdır. 1999-cu ildə Qubadlı rayon Çay Tumas kənd məktəb-liseyini bitirib, Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinə qəbul olub və 2003-cü idə ali təhsilini başa vurub, psixoloq ixtisasına yiyələnmişdir. 2003-cü ilin iyul ayı həqiqi hərbi xidmətini zabit kimi cəbhə xəttində çəkib və 2005-ci ildə ehtiyata buraxılmışdır. 15 sentyabr 2005-ci il tarixində Cəbrayıl rayon 7 saylı tam orta məktəbində psixoloq vəzifəsinə təyin olumuşdur. İstedadlı və bacarıqlı pedaqoq kimi özünü göstərdiyinə görə 15 sentyabr 2008-ci il tarixində Cəbrayıl rayon Təhsil Şöbəsinə metodist vəzifəsinə təyin olunub və 02 mart 2012-ci il tarixinədək bu vəzifədə özünü bacarıqlı bir təhsil işçisi kimi göstərmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan Ümumtəhsil Məktəb Drektorlarının Qəbulu Müsabiqəsində uğur qazanaraq, Azərbaycan Respublikası Təhsil Nazirinin 02 mart 2012-ci il tarixli, 11/195 nömrəli əmri ilə Cəbrayıl rayon Vahid İsmayılov adına Çərəkən kənd tam orta məktəbinə direktor təyin olunub. Cəbrayıl rayon V. İsmayılov adına Çərəkən kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışmaqla bərabər 2014-cü ildən ictimai əsaslarla Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Cəbrayıl rayon nümayəndəliyinin sədridir.




Yeni rəhbərlik yeni nailiyyətlərin əsasını qoyur

Yuxarıda təqdim olunan məlumatlardan da göründüyü kimi, Cəbrayıl rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunmuş Zamiq Qurbanov gənc olmasına rəğmən təhsil sahəsində kifayət qədər iş təcrübəsinə malikdir. Eyni zamanda Zamiq Qurbanovun demək olar ki, bütün əmək fəaliyyəti onun doğma Cəbrayıl rayonu ilə bağlıdır. Başqa sözlə desək, bu bağlılıq yeni şöbə müdirinin bundan sonra rəhbərlik edəcəyi qurumun işinə yaxından bələd olmasına, mövcud problemləri içəridən bilməsinə və onların həlli üçün yüksək potensiala malik olmasına dəlalət edir. Elə Zamiq Qurbanovun bu vəzifədə atdığı ilk addımlar da onun ən qısa zamanda rayon təhsilinin inkişafını yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxarmaqda tam qərarlı olduğunu göstərir. Belə ki, artıq 24 oktyabr 2018-ci il tarixdə Biləsuvar rayonu ərazisində salınmış 7 saylı qəsəbə klubunda növbəti Təhsilyanı Şura iclası keçirilib. İclasda gündəlikdə duran və cari məsələlər müzakirə olunub. Rayon Təhsil Şöbəsinin müdiri tərəfindən məsələhətçilərə, metodistlərə, ümumtəhsil məktəblərinin direktorlarına və məktəbdənkənar təhsil müəssisənin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Gənclərin milli-vətənpərvərruhda formalaşmaları işi diqqət mərkəzindədir



Bu gün Cəbrayılda tədrisin keyfiyyətinin yüksəldilməsi ilə paralel olaraq, gənc nəslin milli-vətənpərvər ruhda formalaşması işi də xüsusi diqqət mərkəzində saxlanılır. Məhz elə bu məqsədlə rayon təhsil şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində mütəmadi olaraq görüşlər keçirilir, tədbirlər təşkil edilir. Belə tədbirlərdə rayon təhsil şöbəsinin əməkdaşları, digər məktəblərdən dəvət olunan müəllimlər, şagirdlər və digər qonaqlar iştirak edirlər. Oktyabr ayının 30-da Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov akademik M.Mehdizadə adına şəhər tam ota məktəbdə şagird və müəllim kollektivi ilə növbəti belə bir görüş keçirib. Belə tədbirlərin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir.



Əminliklə demək olar ki, bu tədris ilində də Zamiq Qurbanovun rəhbərliyi altında Cəbrayıl RTŞ-nin fəaliyyətində məktəb idarəetməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, ümumilikdə tədrisin keyfiyyətinin yüksəldilməsi və əlbəttə ki, gənclərimizin milli-vətənpərvər ruhda yetişdirilməsi kimi məsələlər əsas prioritet istiqamətlərdən olacaq.

aia.az
Günay Mehdizadə
Orxan Musayev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024