Mobil versiya
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Gəncə-Qazax bölgəsində birgə onkoloji skrininq və elmi-praktik konfrans keçirmişlər
Tarix: 12-11-2018 | Saat: 11:17
Bölmə:Manşet / Səhiyyə / Seçilənlər-1 | çapa göndər

Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi  Gəncə-Qazax bölgəsində birgə onkoloji skrininq və  elmi-praktik konfrans keçirmişlər



Məlum olduğu kimi, 2018-ci il noyabrın 5-8-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə Gəncə-Qazax bölgəsində tibbi müayinələr keçirilmişdir.

Bu müddət ərzində əhalinin müxtəlif təbəqələri üzrə 1838 nəfər üzərində kompleks müayinələr aparılmış, onlardan 28 nəfərdə xərcəng xəstəliyinin bəzi simptomları şübhəsi aşkar olunmuşdur.

Yaranmış vəziyyətlə bağlı təxirəsalınmaz tədbirlər görülmüşdür. Sözügedən xəstələr ciddi nəzarətə alınmış və daha geniş diapazonlu müayinə üçün Milli Onkologiya Mərkəzinə dəvət olunmuşlar.

Noyabrın 9-da Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev Gəncədə üç xəstə üzərində mürəkkəb onkoloji əməliyyat keçirmişdir. Bu lokal əməliyyat skrininq proqramı çərcivəsində aparılmış və tədbir iştirkçıları olan tibbi mütəxəssislərin treninqinin əyani şəkildə reallaşmasına əhəmiyyətli şəkildə yardım etmişdir.

Bu tipli silsilə tədbirlərin yekunu kimi, noyabrın 10-da Gəncə şəhərinin Heydər Əliyev Mərkəzində Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi və Heydər Əliyev Fondu Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə “Bədxassəli şişlərin diaqnostika və müalicəsinə multidisiplinar yanaşma” adlı elmi-praktik konfrans keçirilmişdir. Konfransda Gəncə, Goranboy, Göygöl, Samux, Gədəbəy, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarında çalışan 150- dən çox onkoloq, ginekoloq, endokrinoloq, uroloq və cərrah iştirak etmişdilər.

Tədbirdən əvvəl Milli Onkologiya Mərkəzindən olan qonaqlar Gəncədə Heydər Əliyevin abidəsini ziyarət etmiş, heykəlin önünə gül dəstələri qoymuşlar.

Konfransı giriş sözü ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli açmışdır. O, bildirmişdir ki, son illər ərzində Azərbaycan rəhbərliyinin daim diqqət və qayğı sayəsində Milli Onkologiya Mərkəzi ölkəmizdə ixtisaslaşdırılmış onkoloji yardımların göstərilməsi və elmi-metodiki, profilaktik işlərin əlaqələndirilməsi üzrə Cənubi Qafqaz bölgəsinin ən qabaqcıl və nüfuzlu aparıcı müəssisəsinə çevrilmişdir.

Milli Onkologiya Mərkəzinin Baş direktorunun birinci müavini, baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev ölkəmizdə bu sahədə əldə olunan nailiyyətlərdən danışaraq qeyd edib ki, bu gün respublikamızın sürətli iqtisadi inkişafı bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına müsbət təsir göstərib. Əziz Əliyev Prezident İlham Əliyevin səhiyyənin inkişafına xüsusi diqqət və qayğı göstərdiyini vurğulamışdır. O, bildirmişdir ki, Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun tikilməsi ölkə Prezidentin dəstəyi ilə reallaşdırılmış, Mərkəzin Uşaq Onkoloji Klinikasının yaradılmasında isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olmuşdur.

Professor Əziz Əliyev baş-boyun şişlərinin müalicəsində cərrahi əməliyyatın əhəmiyyətindən danışmış və xüsusi olaraq vurğulamışdır ki, Milli Onkologiya Mərkəzində akademik Cəmil Əliyevin rəhbərliyi altında yaradılmış müasir şərait, innovativ yeniliklər və modern avadanlıqlar bu əməliyyatların dünya standartlarına tam uyğun aparılmasına imkan yaradır. Ə.Əliyev son dövrdə dünyanın müxtəlif ölkələrindən onlarca insanın Milli Onkologiya Mərkəzinə üz tutmasının uzun illərdən bəri çəkilən gərgin zəhmətin bəhrəsi və sevindirici tendensiya kimi dəyərləndirmişdir.

Konfransda Mərkəzin həkimlərinin “Baş-boyun şişlərinin müasir cərrahi müalicəsi”, “Sü vəzi və uşaqlıq boynu xərçənginin erkən mərhələdə aşkarlanmasının müasir metodları”, “Mədə xərçənginin cərrahi müalicəsində müasir prinsiplər”, “Uroonkoloji xəstəliklərə müasir yanaşma”, “Həzm və tənəffüs orqanlarında aparılan müasir endoskopik müayinə və müalicə metodları”, “Onkoloji diaqnostika və müalicədə yeni era: Nüvə təbabəti”, “Bədxassəli yenitörəmələrin dərman və şüa müalicəsində müasir prinsiplər ” mövzularında çıxışları dinlənilmişdir. Xərçəng xəstəliyinin müalicə və müayinəsində multidisiplinar yanaşmalarını özündə əks etdirən çıxışlar maraqla qarşılanmışdır.

Gəncə-Qazax bölgəsində Milli Onkologiya Mərkəzi və Heydər Əliyev Fondu Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə keçirilmiş kompleks tədbirlər sakinlər tərəfindən böyük mütəşəkkillik və razılıqla qarşılanmış, dövlətin bölgələrdə əhalinin sosial və tibbi müdafiəsi sahəsində reallaşdırılan strategiyasına böyük dəstəyi kimi dəyərləndirilmişdir.

aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024