Mobil versiya
Deputat Samir Şərifova etiraz etdi: “Azərbaycanı niyə belə ölkələrlə müqayisə etmək olmaz?!”
Tarix: 08-11-2018 | Saat: 14:30
Bölmə:Manşet / Siyasət / Seçilənlər-6 | çapa göndər

Deputat Samir Şərifova etiraz etdi: “Azərbaycanı niyə belə ölkələrlə müqayisə etmək olmaz?!”


Deputat Aytən Mustafazadə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri müzakirəsi zamanı əlillərin və ehtiyacı olan ailələrə ayrılan müavinətin artırılmasını təklif edib.



Modern.az-ın məlumatına görə, deputat Aytən Mustafazadə bildirib ki, 50-60 manata olan müavinətlər artırılmalıdır.



“Evdə oturan əlilər, pensiya alan ahıllar bunu hiss etmir. Lakin hər il artırılan 5-10 manatla heç nə etmək mümkün deyil. 144 manat pensiya alan o pulu kommunal xərclərə verir, dərmanlarına kifayət etmir. Nə qədər bu məsələni qaldırmaq olar... Demək olar ki, hər il bu məsələlər qaldırılır. Amma ortada heç bir nəticə yoxdur. Biz deyirik ki, büdcəmiz sosialyönümlüdür. Ancaq sosialyönümlü büdcə konkret maaşlarda, pensiyalarda özünü göstərməlidir.



Səttar müəllim (Səttar Möhbalıyev –red) çıxışına yaxşı başlamışdı. Amma sonra qayıtdı ki, biz bunların hamısını edə bilmərik. Ötən gün də büdcə müzakirələri zamanı Azərbaycan Belarusla müqayisə edildi. Lakin buna cavab olaraq maliyyə naziri Samir Şərifov bildirdi ki, Azərbaycanı Belarusla müqayisə etmək olmaz. Mən Samir müəllimin (Samir Şərifov –red) bu fikrinin əleyhinəyəm. Niyə Azərbaycanı belə ölkələrlə müqayisə etmək olmaz?! Azərbaycan bu gün geostrateji layihələrin həm təşəbbüskarı, həm də maliyyəçisidir”.



A.Mustafayeva deyib ki, ölkəmizin neft, qaz, qızıl ehtiyatları olmaqla yanaşı, kənd təsərrüfatı sahəsi inkişaf edir, insan kapitalına fikir verilir.



“Azərbaycanın beynəlxalq reytinqlərdə mühüm yerləri tutur. Belə olan halda, ölkəmizi nəinki Belarusla, digər ölkələrlə də müqayisə etmək olar. 10 milyonluq Azərbaycan kiçik olmasına baxmayaraq, qüdrətli dövlətdir . Bu baxımdan vətəndaşlarımıza onlara layiq olan qayğını göstərə bilərik. Sosial yönümlü büdcə konkret rəqəmlərlə göstərilməli, maaş və müavinətlər artırılmalıdır”.



Daha sonra çıxış edən Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli söyləyib ki, tələbatla təminat düz mütənasibdir. “ İldən-ilə rəqəmlər artır. Lakin bunlar gündəlik tələbata cavab vermir. Bu istiqamətdə addımlar davam etdirilməlidir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024