Vərəm – dünya səhiyyə sisteminin qlobal problemidir
Tarix: 6-11-2018, 17:00 | Saat: 15:47:00
Bölmə:Manşet / Səhiyyə | çapa göndər

Vərəm – dünya səhiyyə sisteminin qlobal problemidir


Professor Yavər Şıxəliyev: “Əhali arasında vərəm əleyhinə tədbirlər istiqamətində sanitar maarifləndirmə işləri yerinə yetirilir”

Həyata keçirilən profilaktik tədbirlər nəticəsində son illər ərzində ölkəmizdə vərəmlə xəstələnmə səviyyəsinin azalması, müalicə effektivliyinin yüksəlməsi, xəstə kontingentin əhəmiyyətli dərəcədə azalması tendensiyası müşahidə olunur. Hazırda Azərbaycanda vərəmli xəstələr dövlət hesabına tam pulsuz müalicə alırlar. Vərəmli xəstələrin dərmanla təchizatını 2010-cu ildən dövlət öz üzərinə götürüb. 2013-cü ildən etibarən dərmana davamlı vərəmli xəstələrin də müalicəsi üçün lazım olan dərman preparatları da dövlət tərəfindən təchiz olunur. Bu gün vərəm əleyhinə xidmət paytaxtda və respublikanın bütün rayonlarında yerləşən 68 ixtisaslaşdırılmış müəssisə tərəfindən həyata keçirilir. Hal- hazırda bu istiqamətdə 1 institut, 7 dispanser, 18 xəstəxana, 11 vərəm əleyhinə şöbə, 31 vərəm əleyhinə kabinet fəaliyyət göstərir.

Hazırda paytaxt Bakıda bu sahədə uğurla fəaliyyət göstərən tibb müəssisələrindən biri də Azərbaycan Respublikasının Əməkdar Həkimi, tibb elmləri doktoru, professor Yavər Şıxəliyevin rəhbərlik etdiyi Mərkəzi (1 saylı) Vərəm Dispanseridir. Qeyd edək ki, Yavər Şıxəliyev 1973-cü ildən təşkilatçı-ftiziatr vəzifəsində çalışır. Öz fəaliyyəti dövründə Bakının baş ftiziatrı respublikada vərəm əleyhinə tədbirlərin həyata keçirilməsi və bu sahədə problemlərin həlli istiqamətində görülən işlərə daim dəyərli tövhələr vermişdir. Bu yaxınlarda Bakıda mütəmadi olaraq həyata keçirilən vərəm əleyhinə tədbirlər barədə mətbuata açıqlama verən professor Yavər Şıxəliyev mövcud vəziyyəti belə səciyyələndirmişdi: “Əhali arasında vərəm əleyhinə tədbirlər istiqamətində sanitar maarifləndirmə işləri yerinə yetirilir. Müəssisələrə vərəm əleyhinə tədbirlərə aid maarifləndirici plakatlar, bukletlər və s. paylanılır. İlkin tibbi yardım müəssisələrinin ərazisində yerləşən bağçalarda, ümumi təhsil və ali təhsil müəssisələrində hər il vərəm xəstəliyinin erkən aşkarlanması üçün kütləvi və fərdi tuberkulin diaqnostikası yerinə yetirilir. Əhalinin mütləq müayinə olunmalı olan qrupları; müəllimlər, bağça işçiləri, ictimai iaşə işçiləri və s. mütəmadi olaraq tibbi müayinədən, o cümlədən vərəm əleyhinə müayinədən keçirlər. Vərəm xəstələri vərəm əleyhinə keyfiyyətli dərmanlarla pulsuz şəkildə tam təmin olunurlar. Vərəm müəssisələrinin material-texniki bazalarının vəziyyəti və bu müəssisələrin bronx-ağciyər xəstəliklərinin diaqnostik imkanları yüksək səviyyədədir. Bu müəssisələrdə ən müasir rentgen-tomoqrafik aparatlarla müayinələr və vərəmin tez aşkarlanması üçün möhtəviyyatların molekulyar-genetik səviyyədə bakterioloji müayinələri aparılır”.

Təbii ki, bütün bu tədbirlərin effektiv şəkildə həyata keçirilməsində Yavər Şıxəliyevin rəhbərlik etdiyi Mərkəzi (1 saylı) Vərəm Dispanserinin kollektivinin də əməyi kifayət qədər çoxdur. Ayrıca olaraq, bu müəssisədə müalicə olunan xəstələr isə, hər zaman personalın xüsusi diqqət və qayğısı ilə əhatə olunurlar. Artıq qeyd etdiyimiz kimi, Mərkəzi (1 saylı) Vərəm Dispanserinin baş həkimi professor Yavər Şıxəliyev bu sahə üzrə ölkənin aparıcı mütəxəssislərindən biri hesab olunur. Onun müəllifi olduğu “Vərəm xəstəlikləri” dərslik isə, bu gün internatura-ordinaturada təhsil alan həkimlərin, ftiziatrların, pulmonoloqların və epidemioloqların əsil masaüstü kitabına çevrilib. On bölmədən ibarət olan bu dərslik Azərbaycan Tibb Universitetinin ağcıyər xəstəlikləri kafedrasının tədris proqramı əsasında tərtib edilib.

Son illər vərəmin daha ağır, dərmanlara davamlı (rezistent) formalarının çoxalması epidemioloji vəziyyətin bir qədər ağırlaşmasına səbəb olmuşdur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu xəstəliyin sürətlə artmasını nəzərə alaraq, bu problemin qarşısının alınması məqsədi ilə bütün ölkələrin diqqətini vərəm xəstəliyi ilə mübarizənin yeni strategiyaya uyğun aparılmasına cəlb etmişdir. Azərbaycan Respublikasında vərəm xəstəliyi ilə mübarizə məqsədi ilə vərəmin aşkarlanması, müalicəsi və profilaktikası sahəsində aktiv tədbirlər həyata keçirilir. “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblərin yerinə yetirilməsi üçün bir sıra normativ sənədlər hazırlanmış və ÜST tərəfindən tövsiyə edilən strategiyalar qəbul edilmişdir.

aia.azшаблоны для dle 11.2



5150 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2018
14-11-2018
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
{sape_links}{sape_article}