Hərbçilərimizə yüksək səviyyədə tibb xidmətləri göstərilir
Tarix: 6-11-2018, 10:06 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm / Seçilənlər-1 | çapa göndər

Hərbçilərimizə yüksək səviyyədə tibb xidmətləri göstərilir



Tibb xidməti general-mayoru Natiq Əliyev: “Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycanın hərbi təbabət sistemində xidmətin beynəlxalq standartlar səviyyəsində təşkilinin əsası qoyulmuşdur”

Bu gün Azərbaycanda səhiyyə sisteminin inkişafı, əhaliyə göstərilən tibbi xidmətlərin ən qabaqcıl beynəlxalq standartlar səviyyəsinə çıxarılması istiqamətində dövlət tərəfindən davamlı olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Təbii ki, bu inkişaf özünü hərbi tibb sahəsində də göstərməkdədir. 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə SSRİ Silahlı Qüvvələrindən təhvil alınmış və 500 çarpayılıq çoxprofilli hospitalın bazasında yaradılmış Mərkəzi Hərbi Hospital artıq 26 ildir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına, istefaya və ehtiyata buraxılmış zabitlərə, onların ailə üzvlərinə ixtisaslı və yüksək texnologiyalı tibbi yardım göstərir. Bu müəssisənin, eləcə də ordumuzun bütün digər tibbi bölmə və qurumlarının fəaliyyəti isə, mərkəzləşdirilmiş formada Müdafiə Nazirliyinin Tibb Bas İdarəsi tərəfindən əlaqələndirilir və idarə olunr.

Hərbçilərimizə yüksək səviyyədə tibb xidmətləri göstərilir

Regionun ən böyük hərbi tibb müəssisəsi

Keçmiş SSRİ-nin Silahlı Qüvvələrindən təhvil alındıqdan sonra ötən illər ərzində hospitalın maddi-texniki bazası, müalicə-diaqnostika imkanları, kadr potensialı dəfələrlə artmış, Baş Klinik Hospital regionun ən böyük hərbi tibb müəssisəsinə çevrilmişdir.Hospitalın birinci müalicə korpusu 2006-cı ildə, ikinci müalicə korpusu, psixiatriya və yoluxucu xəstəliklər bölmələrinin yeni binaları 2013-cü ildə istifadəyə verilmiş, çarpayı fondu 1000-ə çatdırılmışdır. Hazırda hospitalda 6 şöbə, 39 müalicə-diaqnostika bölməsi fəaliyyət göstərir. Ərazidə abadlıq işləri görülmüş, yaşıllıq sahələri salınmışdır. Hospitalda müasir tibbi avtomobil parkı yaradılmışdır. Bölmələr tibb heyəti ilə komplektləşdirilmiş, beynəlxalq standartlara cavab verən tibbi cihaz və avadanlıqlarla təchiz edilmişdir. 4 blokun 10 əməliyyat otağında 19 cərrahi əməliyyatı eyni zamanda aparmaq mümkündür. Ürək-damar şöbəsində, göz xəstəlikləri bölməsində quraşdırılan avadanlıqlar istənilən mürəkkəb əməliyyatın aparılmasına imkan verir.1500 kvadrat metr sahədə, 36 otaqda yerləşən laboratoriya şöbəsində ən müasir cihazlarla genetik, mikrobioloji, immunoloji, biokimyəvi və kliniki analizlərin aparılması mümkündür. Radiologiya bölməsində flüoroqrafiya, rentgen müayinə, kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiya cihazları quraşdırılmışdır. Video-müşahidə otağında olan monitorlar vasitəsi ilə əməliyyat zallarından görüntülər nümayiş etdirilir, xəstənin yaxınları, eləcə də tibb sahəsində təhsil alanlar bu əməliyyatları istər birbaşa, istərsə də sonradan izləyə bilirlər.

Hərbçilərimizə yüksək səviyyədə tibb xidmətləri göstərilir



Ölkəmizdə hərbi tibb sahəsi daim dövlətimizin diqqət mərkəzindədir

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyevin sözlərinə görə Baş Klinik Hospitalın müalicə korpuslarının ən müasir avadanlıqlarla təchiz edilməsi də bu sahəyə göstərilən dövlət qayğısının nümunəsidir.
Bu barədə verdiyi müsahibələrin birində Natiq Əliyev belə demişdir: “Ümummilli lider Heydər Əliyev və Prezident, Ali Baş Komandan İlham Əliyev bu hospitalın fəaliyyətini daim diqqət mərkəzində saxlamışlar. Ulu Öndərin 1993-cü ildə burada müalicə alan hərbçilərə baş çəkməsi, dövlətimizin başçısının isə, Baş Klinik Hospitalın birinci və ikinci müalicə korpuslarının açılışında iştirakı bunun əyani sübutudur.Məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycan hərbi təbabət sistemində xidmətin beynəlxalq standartlar səviyyəsində təşkilinin əsası qoyulmuşdur. "İnsanların sağlamlığı dövlət üçün prioritetdir" - deyən Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi qulluqçulara olan qayğısı, habelə ordu quruculuğu sahəsinin müasir dünya standartlarına uyğun təşkilinə dair qəbul etdiyi mühüm qərarlar şəxsi heyətin peşəkarlıq səviyyəsini artırmış, onların sosial müdafiəsini, yaşayış və iş şəraitini yaxşılaşdırmışdır. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının hazırkı səviyyəsi, hərbi qulluqçuların sağlamlığına və onların sosial məsələlərinin həllinə Azərbaycan dövlətinin həssaslıqla yanaşdığını nümayiş etdirir.”

Hərbçilərimizə yüksək səviyyədə tibb xidmətləri göstərilir


Hərbi tibbin elmi bazası möhkəmləndirilir

Aydındır ki, müvafiq elmi araşdırmalar və tədqiqatlar aparılmadan, hərbi tibb sahəsində əldə olunan yeni nailiyyətlərlə tanış olmadan və qabaqcıl təcrübəyə yiyələnmədən hətta ən müasir tibb avadanlıqlarının köməyi ilə də effektiv fəaliyyət göstərmək olmaz. Əminliklə demək olar ki, bu istiqamətdə də Baş Klinik Hospitalda ciddi işlər görülür. Silahlı Qüvvələrimizin inkişaf etmiş ölkələrlə ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq sahəsində apardığı uğurlu işlər, şübhəsiz ki, hərbi təbabətin inkişafına da öz müsbət təsirini göstərir. Onlarla hərbçi həkimimiz hər il müxtəlif xarici ölkələrdə elmi simpoziumlarda, beynəlxalq konfranslarda fəal iştirak edir, faydalı təcrübə mübadiləsi aparırlar. Təkcə ötən il Baş Klinik Hospitalın həkimləri Yaponiya, Fransa, İngiltərə, Türkiyə, Hollandiyada keçirilən belə tədbirlərdə iştirak ediblər. Xüsusilə qardaş Türkiyənin tibb müəssisələri ilə əlaqələr olduqca yüksək səviyyədə qurulub. Yenə də ötən ilTibb Baş İdarəsinin rəisi Natiq Əliyev Türkiyə Respublikasının Baş Qərargahında Silahlı Qüvvələrin Sağlıq Başqanı ilə görüşüb.Tərəflər arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün faydalı danışıqlar olub.
Qeyd edək ki, hazırda hospitalda 8 nəfər tibb üzrə fəlsəfə doktoru, Silahlı Qüvvələrin əksər tibbi ixtisaslar üzrə baş mütəxəssisləri çalışır. Hospitalda elmi işlə məşğul olanların sayı getdikcə artır.

Əminliklə demək olar ki, Silahlı Qüvvələrdə xidmət edən tibb heyəti qarşıya qoyulmuş bütün vəzifə və tapşırıqların yüksək peşəkarlıqla, vaxtında icra edilməsi üçün bundan sonra da bütün bilik və bacarıqlarını daima səfərbər edəcəklər.


aia.az

Həsən Əsədov
Aynur Musayevшаблоны для dle 11.2



5186 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2018
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
{sape_links}{sape_article}