Mobil versiya
Ana körpəsini niyə öldürüb? - Tükürpədən olayın TƏFƏRRÜATI
Tarix: 30-10-2018 | Saat: 11:19
Bölmə:Manşet / Gündəm | çapa göndər

Ana körpəsini niyə öldürüb? - Tükürpədən olayın TƏFƏRRÜATI


Sumqayıt şəhəri H.Zeynalabdin Tağıyev qəsəbəsində gənc ana öz körpəsini öldürüb.

aia.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, 22 yaşlı Səbinə İsmayılova qeyri-rəsmi nikahda yaşadığı şəxsdən hamilə qalıb.

Daha sonra həmin şəxs onunla əlaqəni kəsib. Oğlandan ayrılandan sonra uşaq dünyaya gətirən Səbinə, anası - 56 yaşlı Nigar Salmanovanın təkidi ilə övladını öldürmək qərarına gəlib.

Sonradan onların bu çirkin əməlini qəbiristanlıqda nəzarətçi işləyən şəxs bilib. O, dərhal hadisə ilə bağlı ərazi üzrə Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə məlumat verib.

Fakt təsdiqini tapan kimi, körpə basdırıldığı yerdən çıxarılaraq ekspertiza üçün Sumqayıt şəhər morquna göndərilib.

Hazırda Səbinə İsmayılova saxlanılıb.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə