Mobil versiya
Bakıda mağazada qadının üstünə benzin töküb yandıran şəxsə hökm oxundu - VİDEO
Tarix: 26-10-2018 | Saat: 13:58
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Bakıda mağazada qadının üstünə benzin töküb yandıran şəxsə hökm oxundu - VİDEO


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını yandıraraq öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

aia.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxışında müttəhimin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

O, məhkəmənin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Bakının "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən "Manat Shop" mağazasında baş verib. Həmin ünvanda M.Müzəffərov həyat yoldaşı Aytəkin Müzəffərovanın başına benzin tökərək yandırıb. Nəticədə qadın dünyasını dəyişib.

Qeyd edək ki, bu barədə bir neçə ay əvvəl mətbuatda məlumat və video yayılmışdı. Lakin rəsmi qurumlar tərəfindən təkzib edilmişdi.

aia.az
[media=https://www.youtube.com/watch?v=9VkKFENcUO4]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024