Mobil versiya
Gələn il deputatlarının maaşına bu qədər pul ayrılacaq
Tarix: 23-10-2018 | Saat: 10:52
Bölmə:Manşet / Siyasət | çapa göndər

Gələn il deputatlarının maaşına bu qədər pul ayrılacaq



Milli Məclisin və onun aparatının 2019-cu il üçün xərclər smetası müəyyənləşib.


Modern.az-ın məlumatına görə, bu barədə “Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsində qeyd edilib.


Sənəddə göstərilib ki, Milli Məclisin və onun aparatının 2019-cu il üçün xərclər smetası üçün 27 milyon 69 min 600 manat nəzərdə tutulub. Həmin məbləğin 2 milyon 688 min 360 manatı Milli Məclisin deputatlarının əməkhaqqına, digər vəsaitlər isə xarici səfərlər və s məsələlərə yönəldiləcək.



“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə edilən dəyişiklikdən sonra, deputatların maaşı artırılıb. Bu artım onlara 2018-ci ilin mayın 1-dən tətbiq edilir.

Hazırda parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alır.


Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024