Mobil versiya
“Azərbaycanda əhalinin 25,4 faizi 14-29 yaşlı gənclərdir” - Nazir
Tarix: 19-10-2018 | Saat: 10:56
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Azərbaycanda əhalinin 25,4 faizi 14-29 yaşlı gənclərdir” - Nazir


Azərbaycanda 1990-cı illərin əvvəllərindən doğulanlar arasında qız uşaqlarına nisbətdə oğlan uşaqlarının artımı, cins nisbətinin pozulması müşahidə olunur.

BakuPost xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.

Nazir qeyd edib ki, son illərdə cins nisbətinin pozulması göstəricisində azalma meyli mövcud olsa da, nisbət fərqi yenə nəzərəçarpan dərəcədədir.

S.Babayev bu gün ölkəmizdə demoqrafik sabitliyin hökm sürdüyünü bildirib.

Nazir vurğulayıb ki, Azərbaycanda əhalinin 25,4 faizi 14-29 yaşlı gənclərdir. S. Babayev Azərbaycan əhalisinin gənc olmasının müsbət hal olduğunu, amma bunun, özlüyündə çağırışlar da yaratdığını deyib. O bildirib ki, bu çağırışlardan ən əsası məşğulluq məsələsidir: "Hər il əmək bazarında 100 mindən artıq azərbaycanlı gənc daxil olur. Bu gənclərin məşğulluq məsələsinin həll edilməsi, onların əmək bazarının tələbələrinə cavab verməsi, ixtisaslaşdırılmış kadrların yetişdirilməsi də Azərbaycan hökumətinin əsas məqsədlərindəndir".

Nazirin sözlərinə görə, Azərbaycanda hər 1000 kişiyə 1004 qadın düşür: "Bu da hələlik Azərbaycanda demoqrafik balansın qorunduğunu göstərir.
Bioloji normaya görə yenidoğulanlar arasında cins tərkibi 100 qadına 105-107 kişi düşdüyü halda, Azərbaycanda müəyyən dövrdə hətta 100 qadına 118 kişi düşüb. Amma aparılan işlər nəticəsində bu nisbət azalaraq 118-dən 114-ə düşüb. Biz bu göstəricinin bioloji normaya daha da yaxınlaşdırmaq üçün işlər görməliyik. Azərbaycanda ömür uzunluğu artır. Ölkəmizdə qadınlar üçün gözlənilən orta ömür həddi 78 yaşdan, kişilər üçün 73 yaşdan çoxdur. Ölkə iqtisadiyyatı inkişaf etdikcə, sosial təminat məsələləri həll edildikcə insanların ömür uzunluğu da artır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024