17 oktyabr Yoxsulluqla Mübarizə günüdür - Azərbaycanda rəsmi yoxsulluq səviyyəsi..
Tarix: 17-10-2018, 09:24 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

17 oktyabr Yoxsulluqla Mübarizə günüdür - Azərbaycanda rəsmi yoxsulluq səviyyəsi..



17 oktyabr Beynəlxalq Aclığın Aradan Qaldırılması – Ümumdünya Yoxsulluqla mübarizə günüdür.

Modern.az-ın məlumatına görə, Ümumdünya Yoxsulluqla mübarizə günü yoxsulluğa qarşı milli, regional və beynəlxalq səviyyələrdə mübarizə səylərini birləşdirmək məqsədi daşıyır.

Hazırda yoxsulluq həddinin müəyyənləşdirilməsi üçün dünya təcrübəsində müxtəlif metod və yanaşmalardan istifadə olunur. Məsələn, yoxsulluğun azaldılmasına böyük vəsaitlər xərcləyən və geniş sosial proqramlar həyata keçirən ABŞ-da gəlirlərinin 13%-ni ərzağa xərcləyən ailələr yoxsul hesab edilirlər. Dünyada geniş yayılmış digər yanaşmaya görə, ölkə üzrə orta aylıq əmək­haqqının 60%-dən az gəliri olanlar yoxsul sayılırlar.

Dünya Bankının qiymətləndirmələrinə əsasən, hazırda 1,5 milyard insan - dünya əhalisinin təxminən 20%-i, inkişaf etməkdə olan ölkələrin əhalisinin isə 25%-i beynəlxalq səviyyədə qəbul edilmiş yoxsulluq həddində yaşayır. Bankın müəyyənləşdirdiyi digər mühüm meyara görə, Şərqi Avropa və MDB ölkələrində gündəlik gəliri 4 dollardan, inkişaf etmiş ölkələrdə 14,4 dollardan az olanlar yoxsul hesab edilirlər. Bu, yoxsulluğun ölçülməsinin ən geniş yayılmış formalarından biri olan normativ metodla oxşardır. Bu metoda əsasən, minimum ehtiyacların ödənməsi üçün rəsmi təyin olunmuş həddən aşağı gəliri olanlar yoxsul sayılırlar.

Azərbaycanda əhalinin yoxsulluğunun aradan qaldırılması üçün dövlət tərəfindən mühüm addımlar atılır.

Ölkə prezidentinin 2 mart 2001-ci il tarixli sərəncamı ilə “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” qəbul edilib. Daha sonra Prezident İlham Əliyev “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycanda yoxsulluq həddini xarakterizə edən başlıca göstərici əhalinin minimum istehlak tələbatını (fizioloji minimum və maddi təminat üçün minimum büdcə) ödəmək üçün gəlirin məbləği hesab olunur. Başqa sözlə, yaşayış minimumunun dəyəri yoxsulluq həddi kimi qəbul edilir.

Azərbaycanda yoxsulluqla mübarizə sahəsində mühüm layihələrdən biri də aztəminatlı vətəndaşlara ünvanlı sosial yardımları (ÜSY) nəzərdə tutan xüsusi dövlət proqramının həyata keçirilməsidir.

Rəsmi məlumatlara görə, Azərbaycanda ifrat yoxsulluq aradan qaldırılıb, mütləq yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib.

aia.azшаблоны для dle 11.2



570 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2018
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
{sape_links}{sape_article}