Mobil versiya
Sağlam gələcəyə aparan yol məktəbəqədər təhsil müəssisələrindən keçir
Tarix: 15-10-2018 | Saat: 11:13
Bölmə:Manşet / Gündəm / Seçilənlər-3 | çapa göndər

Sağlam gələcəyə aparan yol məktəbəqədər təhsil müəssisələrindən keçir




Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin səmərəli işi bu sahəyə olan dövlət qayğısının daha bir göstəricisidir

Məlumdur ki, dünyanın istənilən bir sivil ölkəsində, təsnifatından asılı olmayaraq, hər növ uşaq müəssisələrinin fəaliyyəti daim cəmiyyətin və dövlətin xüsusi nəzarətində olur. Böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsinə, uşaq və yeniyetmələrin həm fiziki, həm də mənəvi baxımdan sağlam formalaşmalarına dövlət tərəfindən böyük diqqət və qayğı göstərilən Azərbaycanda isə, bu sahə prioritet istiqamətlərdən biri olaraq müəyyən edilmişdir.

Etiraf etmək lazımdır ki, bir müddət bundan əvvəl ölkəmizdə məktəbəqədər uşaq təhsil müəssisələrinin fəaliyyəti bir çox ciddi nöqsanlarla diqqəti cəlb etməkdə idi. Xüsusilə, əksər uşaq bağçalarının işində müşahidə olunan qüsur və çatışmazlıqlar da artıq haradasa norma halını almaq üzrə idi. Belə müəssisələrin fəaliyyətinə dövlət nəzarətini həyata keçirməli olan icra hakimiyyəti strukturları isə, bir çox hallarda yaranmış problemlərin həllinə nail ola bilmirdilər. Bütün bunlar nəzərə alınaraq, məktəbəqədər uşaq təhsil müəssisələrinin fəaliyyətinə nəzarəti gücləndirmək və bu fəaliyyəti mərkəzləşdirilmiş qaydada idarə etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 11.05.2012-ci il tarixli 635 saylı Fərmanına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin birbaşa tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yaradıldı. Artıq 6 ildən artıq bir müddətdir ki, bu idarə Eldar Yunusovun rəhbərliyi altında uğurla fəaliyyət göstərməkdədir. İdarənin əsas funksiyalarından biri tabeliyindəki Bakı şəhəri ərazisində mövcud olandövlətə məxsus körpələr evlərində, uşaq bağçalarında, xüsusi uşaq bağçalarında,körpələr evi-uşaq bağçalarında, uşaq evlərində dövlət idarəçiliyini həyata keçirməkdir. Demək lazımdır ki, bu məqsədlə idarənin rəhbərliyi tərəfindən aparılan işin effektivliyi kifayət qədər yüksəkdir. Artıq öz övladlarını dövlətə məxsus uşaq bağçalarına və digər məktəbəqədər uşaq müəssisələrinə etibar edən valideynlər də bu müəssisələrin fəaliyyəti üzərində dövlətin ciddi nəzarəti olduğuna tam əmindirlər. Təsadüfi deyil ki, ötən altı il ərzində bu kimi müəssisələrdə uşaqlara göstərilən xidmətlərin də keyfiyyəti xeyli yüksəlib. Artıq uşaq bağçalarında ərzaq problemləri, peşəkar personal çatışmazlığı, məişət yönümlü nöqsanlar və digər bu kimi problemlər demək olar ki, unudulmaq üzrədir. Bütün bunlar isə, dövlətimizin bu sahəyə olan qayğısını vətəndaşlara olduğu kimi çatdırmaq yönümündə məqsədyönlü fəaliyyət göstərən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin səmərəli işinin nəticəsidir. Əlbəttə ki, sözügedən idarənin işindən danışarkən, bu quruma rəhbərlik edən Eldar Yunusovun da fəaliyyəti xüsusi qeyd olunmalıdır. Belə ki, məhz Eldar müəllimin tətbiq etdiyi qabaqcıl idarəçilik üsulları onun rəhbərlik etdiyi idarənin işinin effektiliyini təmin edən əsas amillərdən biri kimi çıxış edir. Əbəs yerə deyil ki, müxtəlif vaxtlarda qarşılaşdıqları problemlərin həlli üçün Eldar Yunusova müraciət edən valideynlər də idarə müdirinin istər insani, istərsə də peşəkar keyfiyyətlərini olduqca yüksək qiymətləndirirlər. Birmənalı olaraq demək olar ki, bu gün Bakı şəhərində uşaq məktəbəqədər təhsil müəssisələrində sağlam işgüzar mühit yaradılıb və bu müəssisələrin fəaliyyəti hərtərəfli diqqət və qayğı ilə əhatə edilib.

Təssüflər olsun ki, son vaxtlar ölkənin bəzi mətbu orqanlarının səhifələrində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin fəaliyyətinə dair əsassız iddiaların yer aldığı, böhtan xarakterli materiallar dərc olunur. Bu kimi hallara yol verən həmkarlarımıza demək istərdik ki, belə “hücumlar” mahiyyət etibarı ilə ölkəmizdə məktəbəqədər təhsil sisteminin inkişafına qarşı yönəlmiş olur. Bu səbəbdən də, uşaq və gənclərimizin gələcəyi ilə bağlı olan belə həssas mövzulara müraciət edərkən son dərəcə diqqətli, dürüst və obyektiv olmaq lazımdır.

aia.az

Orxan Əsədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024