Mobil versiya
Dünyadakı “ticarət müharibələri” daha da qızışır - Ekspertdən PROQNOZ
Tarix: 12-10-2018 | Saat: 09:45
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

Dünyadakı “ticarət müharibələri” daha da qızışır - Ekspertdən PROQNOZ


Beynəlxalq fond birjlarında ciddi geriləmə müşahidə olunmaqdadır. Fond birjalarında yaranmış panikanın Beynəlxalq Valyuta Fondunun xəbərdarlıqları ilə bağlı olduğu bildirilir. Belə ki, sentybarın 26-da Federal Rezerv Sisteminin dolların uçot dərəcəsini 2-2,5% diapazonuna qaldırması dövlət istiqrazlarının kütləvi satılmasına yol açıb. Nəticədə ABŞ-ın NASDAQ 100, Dow Jones və s. əsas birja indeksləri mənfiyə yuvarlanıb.

Ötən gün isə Çin, Yaponiya, Koreya və Yeni Zelandiyanın maliyyə bazarları mənfiyə doğru gedib. ABŞ fond birjasında müşahidə olunan geriləmə səhər saatlarında Honq Konq birjasının 3%, Yaponiya birjasının 3,5%, Kospi fond birjasının da 3,5% düşməsinə yol açıb.

Asiyanın MSCI indeksi 3,86% ümumi dəyər itirib. Çinin telekommunikasiya nəhəngi “Tencent”in qiymətli kağızları da 7% ucuzlaşıb.



İqtisadçı Natiq Cəfərli dünya maliyyə bazarlarında yaranmış böhran dalğası ilə bağlı prqonozlarını Modern.az-la bölüşüb. N.Cəfərli qeyd edib ki, son 2 gün ərzində dünya fond birjalarında çöküş müşahidə edilir:

“Birjalardakı göstəricilərdə kəskin hərəkətlilik hiss olunur. Amerika, Avropa, Çin, Yaponiyada bir gün ərzində təqribən 4-5 faiz enmə müşahidə edilir. Bunun bir çox səbəbləri var. Əsas səbəbləri də dünya ticarət müharibələrinin daha da qızışması ehtimalı ilə bağlıdır. Çünki həm Amerikadan, həm də Çindən gələn məlumatlara görə, anbarlarda hazır məhsulların həcmi kifayət qədər artır. Bu da həmin ölkələrdə ticarətin zəiflədiyini deməyə əsas verir. Həm Amerikanın, həm də Çinin mal satışı zəifləyib. İnvestorlar hələlik əllərindəki vəsaitlərin nağdlaşdırılmasına çalışır, yaxud da inkişaf etmiş dövlətlərin borc kağızlarını alırlar. Ona görə də iki gün ərzində Amerika və Almaniyanın dövlət istiqraz kağızların satışı sürətlənib. Bu tendensiya var. Amma bu davam etməlidir ki, sistemli böhranın yarandığını deməyə əsas olsun. Cəmi iki gündür prosesi görürük. Proses bir neçə gün, bir neçə həftə davam edəcəyi təqdirdə dünyada yeni situasiyanın, böhran dalğasının olma ehtimalını artıracaq. Ona görə də bir müddət gözləmək lazımdır ki, proseslərin hansı yönə yönəldiyini bilək. Amma görünən odur ki, Amerikada, Çində, Avropada ticarət müharibələrinin dayandırılması üçün ciddi addımlar atılmır. Bu da investorları narahat edən amilə çevrilir. Proses davam edəcəyi halda, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına ciddi təsir göstərəcək”.


Gözlənilən maliyyə böhranının Azərbaycana təsirlərinə gəlincə, ekspert bunun neft qiymətlərinin ucuzlaşacağı təqdirdə mümkün olacağını deyib:

“Azərbaycana yeganə təsiri neft qiymətlərində ola bilər. Neft artıq 87 dollardan 81 dollara qədər ucuzlaşıb. Tendensiya davam edəcəyi halda neftin ucuzlaşması gözləniləndir. Bu isə iqtisadiyyatının 90 faizi neft və təbii qaza bağlı olan Azərbaycan üçün müsbət proqnozlar vəd etmir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024