“Çox vacib qələbə idi” - Qurban Qurbanov
Tarix: 12-10-2018, 09:42 | Saat: 15:47:00
Bölmə:Manşet / İdman | çapa göndər

“Çox vacib qələbə idi” - Qurban Qurbanov


"Bizim üçünçox vacib qələbə idi”.

BakuPost xəbər verir ki,bu sözləri UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Torsvollur stadionunda keçirilmiş Farer adaları - Azərbaycan oyunundan sonra milli komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfrasında deyib.

"Futbolçularımı təbrik edirəm. Bizim üçün çox vacib qələbə idi. Oyunöncəsi mətbuat konfransında heç bir çətinlik haqda düşünməməliyik, demişdim. Amma bu gün çətinlik həddən artıq çox oldu. Buna baxmayaraq, lazımi xarakter göstərdik. Oyuna aktiv başlamaq istəyirdik. Lakin meydan sahibləri azarkeşlərin dəstəyi ilə irəli atıldılar və ilk dəqiqələrdən qol vurmağa çalışdılar. Biz isə texniki səhvlərə yol versək də, tədricən oyunu ələ almağa və qollar vurmağa başladıq. Rəqib uduzsa da, ciddi müqavimət göstərdi”, - Qurbanov bildirib.

"Üç gündən sonra bizi vacib oyun gözləyir. Çətin səfərdən sonra hazırlığı bərpa edib, Malta ilə oyuna ən vacib matç kimi çıxmalıyıq. Qrupumuzda istənilən komanda qələbə qazanmağa qadirdir”, - Qurbanov qeyd edib.

aia.azшаблоны для dle 11.2



5109 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

15-02-2019
14-02-2019
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
{sape_links}{sape_article}