Mobil versiya
Azərbaycanda “Hell”ə aludəçilik sürətlə artır - Şirkət müştəri sayını gizli saxlayır
Tarix: 08-10-2018 | Saat: 09:47
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbaycanda “Hell”ə aludəçilik sürətlə artır - Şirkət müştəri sayını gizli saxlayır


Bu gün istəsək də, istəməsək də enerji içkiləri qida rasionumuza daxil olub. Əksər gəncələrin səhəri çay əvəzinə "Hell”, "Red Bull”, "Bizon”la açdığını desək, yəqin ki, bizimlə razılaşarsınız. Küçələrə, zibil qutularına atılmış boş bankaların çox olması da dediyimizin əyani sübutudur...

Həkimlər deyirlər ki, energetik içkilərin tərkibindəki qlükoza tez bir şəkildə qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir.Artıq doza qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Ürək xəstəlikləri və hipertoniyadan əziyyət çəkənlərə energetik içkilər məsləhət görülmür. Məhz buna görə Fransa, Danimarka və Norveçdə energetik içkilər rəsmi şəkildə qadağandır, adı çəkilən ölkələrdə bu məhsullar yalnız apteklərdə satılır.

Mütəxəssislərin bildirdiyinə görə, sutka ərzində iki şüşədən artıq energetik içki içmək olmaz. Hamilə qadınlara, uşaqlara, yeniyetmələrə, yaşlılara, hipertoniya, ürək xəstəlikləri və yuxu pozğunluğundan əziyyət çəkənlərə istifadə məsləhət görülmür. Heç bir halda energetik içkini spirtli içki ilə qarışdırmaq olmaz. Çünki kofein qan təzyiqini qaldırır, spirt isə hipotenziv təsiri gücləndirir. Nəticədə, bu məhlul ürəyə mənfi təsir göstərir.


Amma bütün bunlara baxmayaraq, Azərbaycanda energetik içkilərə aludəçilik artır, xüsusən də gənclər arasında... İstər oğlan, istərsə də qız... Son vaxtlar "Hell” içənləri hər addımbaşı görmək olar. Onlar üçün havanın da isti və ya soyuq olmasının fərqi yoxdur, əllərində "Hell” bankaları...

Maraqlıdır, Azərbaycanda "Hell” içənlərin statistikası nə deyir?
Modern.az-ın bununla bağlı müraciət etdiyi "Hell Azərbaycan şirkətindən suallarımızı cavablandırıblar.

Şirkətdən bildirilib ki, hazırda "Hell”in istehlakçılarının sayını müəyyənləşdirmək mümkün deyil, yalnız satılan ümumi məhsul miqdarının məlumatları var ki, bunlar da gizli saxlanır:

"Ümumilikdə əsas istehlakçılarımız 18-45 yaş arası böyüklərdir. Azərbaycan istehlakçıları "Hell Classic”i digər dadlardan üstün tuturlar. Bu məhsul klassik tutti-frutti ləzzətindədir və adi 32 mg / 100 ml kofein tərkiblidir”.

Enerji içkilərinin zərərli olmasına gəlincə, şirkət gün ərzində müştərilərə 1 banka "Hell” içməyi tövsiyə edir:

"Müştərilərimizə günə 1 banka / günə (250ml bankanın tərkibində 80 mq kofein var) tövsiyə edirik - bu da məhsullarımızın arxa hissəsində qeyd olunur. Məsul bir prodüser olaraq, Avropa Qida Təhlükəsizliyi Təşkilatının kofein istehlakının qida təhlükəsizliyi baxımından 66,531 nəfərlə əhatəli bir araşdırma (2015-ci ildə nəşr olunmuş) həyata keçirilib. Məlum olub ki, "kofein istehlakının 400 mq gün ümumi əhali üçün narahatlıq doğurmur. Demək olar ki, 400 mq kofein sağlam bir yetkin şəxs tərəfindən təhlükəsiz şəkildə istehlak edilə bilər”.

Şirkət "Hell” məhsulların tərkibinə heyvan mənşəli qatqıların əlavə olunması fikirlərilə ilə razılaşmır:

"”Hell” məhsullarına heyvan komponentləri əlavə etmirik. Bizim məhsullara 90 % su, həmçinin stimullaşdırmaq üçün kofein və enerji artırmaq üçün şəkər qatılır. Onlar 5 növ B vitamini ilə möhkəmləndirilir. Bütün "Hell” enerji içkilərin pasterizə olununub, tərkibində qoruyucu maddələr yoxdur”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024