Mobil versiya
"Böyümək üçün böyük hesablı məğlubiyyətlər lazım olur" - Qurban Qurbanov
Tarix: 05-10-2018 | Saat: 09:23
Bölmə:Manşet / İdman | çapa göndər

"Böyümək üçün böyük hesablı məğlubiyyətlər lazım olur" - Qurban Qurbanov


"Məğlub olduq. Dünəndən bu oyun haqda çox danışırdıq. Fikrimiz rəqibdən çəkinməyərək, öz oyunumuzu oynamaq idi. Bunu bacardıq. Rəqibin ustalıq səviyyəsi öz sözünü dedi. Futbolçulara və azarkeşlərə təşəkkür edirəm. Onlar möhtəşəm idilər. Böyümək üçün bu cür böyük hesablı məğlubiyyətlər lazım olur. Qalib gəlmək üçün isə qol epizodları yaratmalısan. Yaratdığımız qol epizodlarından yararlana bilmədik”.

Bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin II turunda "Arsenal"a Bakıda 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis bildirib ki, oyun ərzində pressinq tətbiq etmələri düşünülmüş addım olub:

"Pressinq tətbiq etməyimiz düşünülmüş addım idi. Emerinin son dəfə nə zaman 3 mərkəz müdafiəçi ilə oynadığını xatırlamıram. Heyəti görəndən sonra bəzi dəyişikliklər etdik. Amma bu, bizim üçün tanış sistemdir. Azarkeşlərə yaxşı futbol göstərmək istəyirdik. Bunu bacardığımız üçün sevinirəm". (Qol.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024