Mobil versiya
İlham Əliyevlə Paşinyanın danışığı nəyi dəyişəcək? – Sabiq nazirin ŞƏRHİ
Tarix: 29-09-2018 | Saat: 12:04
Bölmə:Manşet / Siyasət | çapa göndər

İlham Əliyevlə Paşinyanın danışığı nəyi dəyişəcək? – Sabiq nazirin ŞƏRHİ


“İndiki mərhələdə Azərbaycan və Ermənistan arasında razılaşmaların olması real deyil”.



Bunu Modern.az-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib. O diqqətə çatdırıb ki, danışıqların davam etdirilməsi üçün hər iki tərəf bu məsələdə niyyətli olmalıdır:
“Ermənistanın təxribatları davam edəcək. Nikol Paşinyana hakimiyyəti gücləndirmək üçün xarici düşmən obrazı lazımdır. Baş nazir Azərbaycanın simasında düşmən obrazını siyasi maraqları üçün istismar edəcək.



İki tərəf arasında danışıqların davam etdirilməsi, sülh prosesinə sadiqliklə ilə bağlı razılaşmalar əvvəllər də olub. Lakin razılaşmaların yerinə yetirildiyini deyə bilmərik. Azərbaycanın sülhə sadiq qalması Ermənistan üçün jestdir ki, düşmən öz siyasətindən dönsün. Buna da inanmıram”.



Tofiq Zülfüqarovun sözlərinə görə, rəsmi Bakının məqsədi budur ki, Azərbaycanın münaqişənin sülh yolu ilə həllində maraqlı olduğu beynəlxalq ictimaiyyətə bir daha sübut edilsin.



“Rəsmi Bakı Ermənistandan da bu istiqamətdə real addımlar gözləyir”.



Xatırldaq ki, Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub.



Rəsmi məlumata görə, tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024