Mobil versiya
HƏKİMİN SATDIĞI EPİKRİZLƏR KEÇƏRSİZ OLUB - MÜBAHİSƏ- VIDEO
Tarix: 25-09-2018 | Saat: 15:54
Bölmə:Manşet / Səhiyyə | çapa göndər

HƏKİMİN SATDIĞI EPİKRİZLƏR KEÇƏRSİZ OLUB - MÜBAHİSƏ- VIDEO


Sabirabad rayonunun Cavad kənd sakini Zayıdov Səxavət Şirzad oğlu redaksiyamıza ərizə ilə müraciət edərək, Bakıdakı 1 saylı Psixiatriya Xəstəxanasının 13-cü kişi şöbəsinin baş həkimi Nihad Məmmədovdan şikayətlənib. Yazır ki, adını çəkdiyi həimlə anlaşaraq, tanışlarına əlillik statusu əldə edə edəcəyini söz verib. Bu məqsədlə həkim onun tanışları Muradova Həbibə Zabir qızının sənədi üçün 1100, Abdullayev Samid Ağamusa oğlunun sənədi üçün 1200, Novruzov Fəyyaz MNəhərrəm oğlunun sənədi üçün 1300, Mikayılova Nuranənin sənədi üçün 1500 manat pul almışdır. Pulları alarkən söz verib ki, düzəltdiyi sənədlər lə (epikrizlər) həmin şəxslər əlillik statusu qazanacaqlar. Lakin, sənədlər status qazanma üçün yetərli sayılmayıb.

Sayılov bildirir ki, adları çəkilən şəxslər həkimin tələb etdiyi rüşvəti vermək üçün zinət əşyalarını girov qoyaraq faizlə sələm götürüblər və artıqlaması ilə qaytarmaq məcburiyyətində qalıblar. Üstəgəl, xeyli yol xərci çəkiblər. Şikayətçi yazır ki, xeyli çək-çevirdən sonra Nihad həkim aldığı pulları ona qaytarıb. Verdiyi sənədlərin də əslini geri alıb. Amma vətəndaşlar ödədikləri əlavə sələm pullarını itirməklə barışmaq istəmirlər və ondan almaq istəyirlər. Belə ki, H.Muradova 300, S.Abdullayev 300, F.Novruzov 350, N.Mikayılova 400 manat əlavə xərcə düşmüşlər. Zayıdov üst-üstə 1350 manat məbləğ təşkil edən həmin pulun da Nihad Məmmədovdan alınıb vətəndaşlara verilməsi üçün məsələnin KİV-də ictimailəşdirilməsini xahiş etmişdir.
Sənədlərin surətlərini də ərizəsinə qoşma edərək redaksiyamıza təqdim edən şikayətçi onu da qeyd etmişdir ki, əlillik statusu əldə etmək istəyən həmin vətəndaşlar əslində psixi cəhətdən tam sağlamdırlar, xəstəlikdən əziyyət çəkmirlər.

Məsələ ilə əlaqədar araşdırma aparmaq məqsədilə 1 saylı Respublika Psixiatruya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov ilə əlaqə saxladıq. Baş həkim şikayətdə göstərilənləri təzib etdi. Şöbə müdiri Məmmədov isə bildirdi ki, problem öz aralarında çözülüb, "məsələ bağlanıb gedib".
Nə deyirik? Baxarıq görək, hüquq müstəvisində də bu məsələ qapanmış hesab olunur, ya yox.
Nyus.Az

aia.az

[media=https://www.youtube.com/watch?v=xiEC1PZcKlQ]

[media=https://www.youtube.com/watch?v=5FWePfu9Ylg]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024