Mobil versiya
Putin Bakıda Qarabağ məsələsini müzakirə edəcək
Tarix: 25-09-2018 | Saat: 11:10
Bölmə:Manşet / Siyasət / Seçilənlər-4 | çapa göndər

Putin Bakıda Qarabağ məsələsini müzakirə edəcək


Rusiya prezidenti Vladimir Putin bu gün Azərbaycana səfərə gəlir. Putinin səfərində hansı məsələlər müzakirə olunacaq?



Məsələ ilə bağlı Modern.az-a danışan deputat, politoloq Rasim Musabəyov deyib ki, əsas danışıqlar Azərbaycan prezidenti İlham Əliyev Soçidə səfərdə olanda aparılıb.



“Orada imzalanması lazım olan sənədlər imzalanıb. Putinin indi Azərbaycana gəlməyinin əsas məqsədi regionların əməkdaşlığı ilə bağlı forumda iştirak etməkdir. Bu dəfə prezidentlərin hər ikisi iştirak edəcək. Yəni Rusiyanın regionları Azərbaycanın regionları ilə birgə əməkdaşlıq edəcək. Dağıstan, Tatarıstan, Sverdlovsk və digərləri ilə əməkdaşlıq olacaq”.


Deputat deyib ki, Putin Azərbaycana böyük heyətlə gəlir.



“Putinin heyətində Rusiyanın tanınmış iş adamları var. Düşünürəm ki, Soçidə razılaşdırılan məsələlərin gerçəkləşdirilməsi üçün müəyyən addımlar atılacaq”.



Onun sözlərinə görə, prezidentlərin görüşü zamanı Qarabağ məsələsi də müzakirə ediləcək.



“Soçidə başlanan Qarabağ konfliktini dalandan çıxarmaqla bağlı səylər, danışıqlar Bakıda da davam edəcək. Putin bu məsələ ilə Paşinyanı da çağırıb söhbət elədi. Düşünürəm ki, əsas müzakirə olunacaq məsələ konfliktin dalandan çıxarılması olacaq. Nə əldə olunacağını öncədən demək çətindir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024