Mobil versiya
Yollarımız açıq və işıqlı olsun
Tarix: 21-09-2018 | Saat: 14:30
Bölmə:Manşet / Ölkə | çapa göndər




Sürətlə inkişaf edən Azərbaycanda bütün sahələrdə olduğu kimi, yol-nəqliyyat sektorunda da sistemli və davamlı tədbirlərin həyata keçirilməsi artıq səciyyəvi xarakter almışdır. Bu sahədə əldə olunan nailiyyətlərdə “30 saylı Yol İstismar İdarəsi” MMC-nin də öz payı vardır.

Bu gün Ölkənin regionlarında, eləcə də paytaxt Bakıda vəziyyət kökündən dəyişmiş, dövlətimizin başçısının sərəncamları ilə ayrılan vəsaitlər yol-nəqliyyat infrastrukturunun dinamik inkişafına yol açmışdır. Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artır. Son illərdə avtomobil yollarının tikintisində və təmirində istifadə olunan minlərlə müxtəlif təyinatlı nəqliyyat vasitəsi, yol tikinti maşınları, avadanlıq və qurğular alınmış, onlarla asfalt beton zavod işə salınmışdır.




Təbii ki, yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilməsi baxımından, işlərin bilavasitə icraçıları olan çoxsaylı yol-istismar idarələrinin səmərəli fəaliyyətləri də xüsusi əhəmiyyət kəsb edir. Belə müəssisələrdən biri də “30 saylı Yol İstismar İdarəsi” MMC-dir.

Əsasən Samux rayonu ərazisində fəaliyyət göstərən bu müəssisə Dövlət Proqramının icrasından irəli gələn tələblərə uyğun olaraq, kəndarası yolların təmiri, bərpası və tikintisi ilə məşğul olur. Qeyd etmək yerinə düşər ki, Zakir müəllimin rəhbərlik etdiyi bu müəssisənin fəaliyyəti yerli ictimaiyyət tərəfindən də kifayət qədər yüksək qiymətləndirilir. MMC-nin icra etdiyi son dövlət sifarişlərindən biri də Samux rayonunun Samux – Füzuli – Lək-Əlibayramlı – Qarabağlar – Çobanabdallı – Samux avtomobil yolunun tikintisidir. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 9 iyun tarixli Sərəncamına uyğun olaraq, 23 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 36,5 km olan bu yolun tikintisinə Samux rayon İcra Hakimiyyətinə 3,0 milyon manat vəsait ayrılmışdı. Ölkə Prezidentinin növbəti – 2016-cı il 2 noyabr tarixli 2405 nömrəli Sərəncamına uyğun olaraq Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisinin başa çatdırılması “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) həvalə edilmişdi.

Artıq xəbər verildiyi kimi, cari ilin avqust ayının 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışında iştirak edib.

Yollarımız açıq və işıqlı olsun

Bu yolun tikilməsi ilə 23 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmaq imkanı əldə olunub. Uzunluğu 36 kilometr olan yol dördüncü texniki dərəcəlidir. Yolun üzərində uzunluğu 57 m, eni 11 m olan körpü tikilib, 16 yerdə avtobus dayanacağı quraşdırılıb. Hərəkət zolaqlarının sayı 2 ədəd, hərəkət zolağının eni 3,0 m-dir. İşlərin gedişi zamanı 119,1 min kub.m torpaq işləri görülmüş, yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə 139,8 min kub.m çınqıl və qum-qırmadaş qarışığı sərf olunmuş, müxtəlif diametrli 45 ədəd su ötürücü boruları quraşdırılmışdır. İki laydan ibarət asfalt-beton örtüyün tikintisinə 40,1min ton asfalt-beton qarışığı sərf edilib. Yolun üzərində 158 ədəd müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılıb.



Əminliklə demək olar ki, Zakir müəllimin rəhbərliyi altında “30 saylı Yol İstismar İdarəsi” MMC-nin kollektivi bundan sonra da yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi istiqamətində öz səmərəli fəaliyyətlərini uğurla davam etdirəcək və bu sahədə əldə olunan nailiyyətlərdə onların da öz payları olmasından hər zaman qürur duyacaqlar.

aia.az
Fuad Məmmədov





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024