Mobil versiya
Etimad İsmayılov 4 milyonluq səhmə görə öldürülüb - QƏTLİN TƏFƏRRÜATI
Tarix: 21-09-2018 | Saat: 11:53
Bölmə:Manşet / Gündəm | çapa göndər

Etimad İsmayılov 4 milyonluq səhmə görə öldürülüb - QƏTLİN TƏFƏRRÜATI


Türkiyədə güllələnərək qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovla bağlı hadisənin təfərrüatları bəlli olub.

BakuPost Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gözəl Dəmirov polisə ifadə verərkən bildirib ki, Etimad İsmayılovu şirkətin 4 milyon dollar dəyərindəki 2 faizlik səhmini onun adına keçirmədiyi üçün qətlə yetirib.

Aralarında yaranan mübahisə zamanı Etimaddan öncə davranaraq silaha əl atdığını söyləyən Dəmirov bildirib ki, bu addımı müdafiə məqsədi ilə atıb.

Cinayətdən dərhal sonra axtarışlara başlayan polis Dəmirovu və sürücüsünü qətldə istifadə edilən "Glock” markalı tapança ilə birlikdə ələ keçirib.

Hazırda istintaq davam etdirilir.

Qeyd edək ki, Etimad İsmayılov Azərbaycanın sabiq baş prokuroru, Milli Məclisin sabiq deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, tanınmış jurnalist Sevil Nuriyevanın isə həyat yoldaşıdır. Onu qətlə yetirən Gözəl Dəmirov isə 1990-cı illərin əvvəllərində Azərbaycanda polis rəisi vəzifəsində çalışıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024