Mobil versiya
“Bakıda seks xidməti göstərən qadınlara qoruyucu paylamışıq” - “8 min ərəbin yoluxması” İDDİASI...
Tarix: 12-09-2018 | Saat: 12:10
Bölmə:Manşet / Media / Seçilənlər | çapa göndər

“Bakıda seks xidməti göstərən qadınlara qoruyucu paylamışıq” - “8 min ərəbin yoluxması” İDDİASI...




İraqlı bloger Ali Əthabın Azərbaycana gələn ərəb mənşəli turistlərin həyat tərzi haqqında hazırladığı reportaj böyük rezonansa səbəb olub.

Bloger reportajda Azərbaycanda ərəblərin gecə həyatı yaşadığını və yüngül həyat tərzi sürən qadınlarla münasibətdə olduqlarını müşahidə edib.

Ali Əthab iddia edir ki, ərəblər Bakıda gecə klublarında tanış olduqları qadınlarla cinsi əlaqədən sonra QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) xəstəliyinə tutulur. Blogerin iddiasına görə, Bakıda 8 min ərəb bu dəhşətli xəstəliyə yoluxub.

Reportajda ərəblərin gecə klubunda əylənməsi, fahişələrlə qiymət bazarlığı və oteldən görüntüləri də əks olunub.

Məsələ ilə bağlı Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova Modern.az-a açıqlamasında səsləndirilən rəqəmin absurd olduğunu bildirib.



“Necə oldu ki, 8 min ərəb QİÇS-ə yoluxdu?!”



“Təmiz Dünya” Qadınlara Dəstək İctimai Birliyinin sədri Mehriban Zeynalova Modern.az-a deyib ki, rəhbəri olduğu qurum seks xidməti göstərən qadınlar arasında zərərin azaldılması proqramını həyata keçirir:


“Onların arasında kifayət qədər təbliğat aparılır, qoruyucular paylanır. Eyni zamanda, bu cür qadınlar vaxtaşırı İİV müayinəsindən keçirilir. Bilirsiniz, iraqlı blogerin səsləndirdiyi rəqəmlər absurddur. Elə bil kimsə oturub ağlına gələn rəqəmi ora yazıb. İkincisi də Avropa ölkələrinin hamısında bu cür xidmət göstərən qadınlar var. Hansı bir ölkədə yoxdur ki? Avropanın mərkəzi şəhərlərində seks xidməti göstərənlər hətta maşınlarının üzərinə nömrələrini qoyurlar. Bu, bütün dünyada olan problemdir. Amma Azərbaycanda İİV-ə yoluxanların sayının şişirdildiyini əminliklə deyə bilərəm. Əgər Azərbaycanda bu qədər xəstəlik baş alıb gedirsə, niyə ərəblər qoruyucudan istifadə etmirlər? Hər il ölkə üzrə epidemolji nəzarət keçirilir. Bu vaxt hədəf qurupları- narkotik istifadəçiləri, seks xidməti göstərən qadınalrın hamısı müəyyən olunur. Heç ümumilikdə o qədər xəstə aşkarlanmır. Necə oldu ki, birdən-birə 8 min ərəb SPİD-ə yoluxdu”.


“Pintiliklərindən yazmağımız ərəbləri qıcıqlandırıb”



M.Zeynalova qeyd edib ki, əslində ərəblərin özlərinin azərbaycanlılar arasıda bu xəstəliyi yayacaqlarından narahatdır:

“Ərəblərin xəstəlik mənbəyi olmadığına kim zəmanət verir? Azərbaycan elə bir ölkədir ki, yerindən duran bir daş atmaq istəyir. Son vaxtlar ərəblərin Azərbaycanda istirahət zamanı iyrəncliklərə yol vermələri, səliqəsizliklərilə bağlı mətbuatda məqalələrin hazırlanması bəlkə də onlarda qıcıq yaradıb. Gürcüstanda ərəblərlə bağlı ciddi kampaniya başlamışdı. Bizdə isə onlara “gözün üstdə qaşın var” deyən yoxdur””.



Qanun fahişəlik qarşısında susur...



Hüquq müdafiəçisi deyib ki, Azərbaycan qanunvericiliyi fahişəliyi təqib etmir:

“İnsan haqlarıdır. O öz bədənini təklif edirsə, bu, onun öz işidir. Yəni sabah seks işçilərini təqib etsələr, onları həbs etsələr, bütün Avropa ayağa qalxacaq. Xatirinzidə olar yəqin, eynicinslilərlə bağlı etiraz başlamışdı. Həmin vaxt bütün səfirliklər ayağa qalxdı ki, onlara təzyiq olunur. Doğrudur, İnzibati Xətalar Məcəlləsində müəyyən cərimələr nəzərdə tutulur. Amma kiminsə öz bədənini təklif etməsi cinayət təqibi deyil. Bu, bütün dünyada var və kökü kəsilmir. İllər keçsə də, köklərini kəsmək mümkün olmayacaq. Əsas odur ki, onlar ictimai və səhiyyə məsələlərinə diqqət etsinlər. Nə xəstəliyə yoluxsunalr, nə də kimisə yoluxdursunlar”.



Azərbaycanlı qadınlara zorakılıq edən ərəblər varmı?



M.Zeynalova deyib ki, azərbaycanlı qadınların ərəblər tərəfindən zorakılığa məruz qalması ilə bağlı məlumat daxil olmayıb:

“Bəlkə də Daxili İşlər Nazirliyinə hər hansı məlumat daxil olub, amma bizim təşkilata bununla bağlı müraciət edilməyib. Xüsusilə turistlərin gəzdiyi ərazilərdə bəzən bilmək olmur, onlar həqiqi seks xidməti təklif edənlərdir, yoxsa sadəcə əyləncə axtaran gənclərdir. İllərdir, əsrlərdir seks xidməti göstərənlərə, fahişələrə qarşı müxtəlif mübarizə üsulları tətbiq edilib: bəzən onları yandırıblar, öldürüblər, amma bir nəticə hasil olmayıb. Və neçə qərinə keçsə də, mümkün olmayacq. Bu, bioloji tələbatdır, iqtisadi tələbatdır, yoxsa peşədirmi, bu da ayrıca müzakirə mövzusudur”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024