Qusar – müasir inkişaf modeli
Tarix: 30-08-2018, 17:36 | Saat: 15:47:00
Bölmə:Manşet, Ölkə, Seçilənlər-4 | çapa göndər

Qusar – müasir inkişaf modeli




Rayonda bütün infrastrukturlar müasir standartlara uyğunlaşdırılır


Hər kəsə məlumdur ki, Qusar rayonu füsunkar təbiəti, qədim mədəni abidələri və sənətkarlıq nümunələri ilə məşhurdur. İsti yay aylarında sərinliyi ilə insanı cəlb edən meşələri, qışda qara bürünmüş dağ və dərələri ilə, Qusar hər zaman öz qonaqlarını sanki ovsunlayır, onları təkrar bu diyara qayıtmağa sövq edir.

Qusar – müasir inkişaf modeli


Qeyd etmək lazımdır ki, son illər ərzində rayonun İcra Hakimiyyətinin başçısı Şair Alxasovun rəhbərliyi altında “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulan məqsədlərin reallaşması, nəzərdə tutulmuş layihələrin icra edilməsi, xüsusilə də rayonda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində Qusarda xeyli işlər görülmüşdür.

Məlum olduğu kimi, Qusarın iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edır və məhz bu sahənin inkişafının dəstəklənməsi məqsədilə fermer və sahibkarlara güzəştli şərtlərlə kreditlər verilir, subsidiyalar ödənilir.


İqtisadiyyatın bütün sahələri inkişaf edir


Regionlarının sosial-iqtisadi inkişafını təmin edən Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində son illər respublikanın digər bölgələrdə olduğu kimi Qusar rayonunda da iqtisadiyyatın bütün sahələri inkişaf edir. Xüsusilə rayonda sahibkarlığın, turizmin, kənd təsərrüfatının və digər sahələrin inkişaf etdirilməsi, sosial məsələlərin, sakinlərin mənzil-məişət problemlərinin həlli istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir.

Qusar – müasir inkişaf modeli

Ölkə başçısının regionların sosial-iqtisadi inkişafının aparıcı amillərindən biri kimi investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, özəl investisiyaların cəlb edilməsi məqsədilə müvafiq tapşırığına uyğun olaraq Qusar Rayon İcra Hakimiyyəti tərəfindən rayon iqtisadiyyatının müxtəlif sahələrinə investisiyaların cəlb edilməsi istiqamətində işlər görülür. Bu məqsədlə mütəmadi olaraq sahibkarlarla görüşlər keçirilir, investisiyaların qoyulması tələb olunan sahələr haqqında geniş məlumatlar verilir. Təkcə 2017-ci ildə 55 sahibkarlıq subyekti üzrə rayon iqtisadiyyatının müxtəlif sahələrinə böyük həcmdə özəl investisiyalar qoyulmuşdur. Rayonun kənd təsərrüfatına qoyulan investisiyalar əsasən yeni meyvə bağlarının salınmasına, müasir suvarma sistemlərinin qurulmasına, kənd təsərrüfatı texnikasının və aqreqatlarının alınmasına, soyuducu meyvə anbarlarının tikintisinə, maldarlıq və quşçuluq təsərrüfatlarının yaradılmasına yönəldilmişdir.


Kənd təsərrüfatı aparıcı mövqeydədir


Qusar rayonu ölkəmizin mühüm kənd təsərrüfatı rayonlarındandır. Rayonun 81460 hektar kənd təsərrüfatına yararlı torpağının 34 403 hektarını (42,2 %) əkin yeri təşkil edir. Suvarılan torpaqların sahəsi 29 398 hektardır.

Qusar – müasir inkişaf modeli

Rayonun kənd təsərrüfatının əsasını iki böyük sahə-bitkiçilik və heyvandarlıq təşkil edir. Qusar rayonunda əsas kənd təsərrüfatı bitkilərindən buğda, arpa, qarğıdalı, lobya, kartof, alma, armud, fındıq, pomidor və kələm yetişdirilir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına kömək məqsədi ilə rayonda “Aqroservis” müəssisəsi yaradılmış, həmin müəssisədə yeni toxum və gübrə anbarları, texniki xidmət emalatxanası, inzibati bina və digər xidməti binalar ınşa edilmişdir. Rayonda yüksək keyfiyyətli meyvə, tərəvəz, həmçinin heyvandarlıq məhsulları istehsalı üçün təbii iqlim şəraiti və kifayət qədər işçi qüvvəsi vardır. Rayon əhalisinin 79 faizi yəni 63,2 min nəfəri kəndlərdə yaşayır. Rayonda 81460 hektar kənd təsərrüfatına, 34403 hektar əkinə yararlı torpaq sahəsi mövcuddur. Hazırda rayonda 5 min hektardan çox meyvə bağları vardır ki, bundan 83 %-i bar verən bağlardır. Meyvə bağlarının 68 %-i alma bağları təşkil edir. Son dövrə kimi meyvə saxlama kameralarının çatışmaması səbəbindən rayonda hər il külli miqdarda meyvə, tərəvəz məhsulu xarab olurdu. Mövcud problemi aradan qaldırmaq məqsədilə dövlətin dəstəyi ilə sahibkarlar tərəfindən rayonun Çubuqlu kəndi ərazisində 4 min tonluq, Samur qəsəbə nümayəndiliyi ərazisində 800 tonluq, Yeni Həyat kəndində 2 min tonluq meyvə saxlama soyuducu anbar binaları tikilmişdir. Bu soyuducu saxlama kameraların tikintisi bazarda il boyu meyvə və tərəvəz məhsullarına olana tələbatın yerli istehsal hesabına ödənilməsini təmin edəcək, əlavə iş yerlərinin açılmasına təkan verəcəkdir.


Turizmin inkişafı prioritet istiqamətdir


Sahibkarlıq fəaliyyətinə dəstək məqsədilə rayon icra hakimiyyətində vaxtaşırı tədbirlər həyata keçirilir. Qusarın inkişafı turizm sahəsində özünü daha aydın büruzə verir. “Şahdağ” Qış-Yay Turizm Kompleksi bu sahədə xüsusilə fərqlənir.

Qusar – müasir inkişaf modeli

Rayonda turizmin inkişafına xidmət edən otel, restoran, istirahət mərkəzlərinin, eləcə də ticarət və xidmət obyektlərinin tikintisi və genişləndirilməsi üzrə sahibkarlar tərəfindən layihələr intensiv olaraq həyata keçirilir. Nəticədə təkcə ötən il 1129-u daimi olmaqla 1337 yeni iş yeri açılmışdır. Həyata keçirilmiş layihələrdən 2016-cı ildə 20 layihəyə 410 min manat, 2017-ci ildə 28 layihəyə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1 milyon 75,5 min manat güzəştli kredit verilmişdir. Rayonda turizmin daha geniş miqyas alması üçün dağ, meşə, kənd kimi növləri formalaşdırılır. Hər üç istiqamətdə şəraitin olması bu sahəyə cəlb olunanların sayının artmasına gətirib çıxarır. Əsasən qış aylarında dağ turizminə üstünlük verənlər ilin digər fəsillərində də müxtəlif turizm marşrutlarından yararlanırlar.

Qusar – müasir inkişaf modeli

Bu gün turistlərin ən çox dincəlmək istədikləri yer “Şahdağ” Qış-Yay Turizm Kompleksidir. O dünyadakı bu tipli komplekslərdən nadirliyi və unikallığı ilə fərqlənir. Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Bu turizm kompleksi Qusar rayonunda işsizlik probleminin həllində, sahibkarlığın və sənətkarlığın inkişafında, rayonun büdcə gəlirlərinin artmasında, infrastruktur sahələrinin yenidən qurulmasında əvəzsiz rol oynayır.

Əminliklə demək olar ki, Qusar RİH-nin başçısı Şair Alxasovun və bütün qusarlıların səyləri nəticəsində ən yaxın zamanlarda Azərbaycanımızın bu əsrarəngiz guşəsindən daha böyük, daha möhtəşəm uğur və nailiyyətlərin sorağını alacağıq!

aia.az

Həsən Vəliyev



5151 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
20-10-2018
19-10-2018
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031