Mobil versiya
Nazirlikdən Şəhriyar Məmmədyarovun şikayətinə REAKSİYA: “İki ildə 450 min manat ayrılıb”
Tarix: 27-08-2018 | Saat: 13:50
Bölmə:Manşet / İdman | çapa göndər

Nazirlikdən Şəhriyar Məmmədyarovun şikayətinə REAKSİYA: “İki ildə 450 min manat ayrılıb”


“Şəhriyar Məmmədyarov adını şahmat tarixinə iri hərflərlə yazmış şahmatçımızdır. Çox qürur hissi duyuruq ki, dünyanın 3 ən yaxşı şahmatçısı arasında Şəhriyarın da adı yer alır”.


Bunu Modern.az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova dünya şöhrətli şahmatçı Şəhriyar Məmmədyarovun şəxsi “Facebook” səhifəsindəki açıqlamasına münasibət bildirərkən deyib.


Nazirliyin sözçüsü, tanınmış şahmatçının öz pulu hesabına yarışlara qatılması fikirlərinə də aydınlıq gətirib.



“Şəhriyar indi yarışdadır. Onu anlayırıq. Ola bilər ki, həyəcan və narahatçılıq onda müəyyən hisslər oyadıb və bu hisslər də Şəhriyarı o fikirləri yazmağa vadar edib. Nə yazmasından asılı olmayaraq, Şəhriyar bizim üçün önəmli şahmatçılardan biridir.

Şəhriyarın yarışlara getməsinə gəldikdə isə Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci ildə təqdim olunan tədbirlər planına əsasən, 250 min manat, 2018-ci ildə isə 200 min manat vəsait ayrılıb. Bu vəsait şahmatçıların yarışa getməsi, yolpulu və qidalanma, səfərləri üçün nəzərdə tutulur. Qeyd edim ki, əlavə xərclər də ödənilib.

Heç bir şahmatçı qatılıdığı beynəlxalq və yerli turnirlərə öz hesabına qatılmır. Hamısı nazirlik tətəfindən hərtərəfli təmin edilir və ediləcək də. Qarşıda bizi Batumidə keçiriləcək şahmat üzrə olimpiada gözləyir. Əminik ki, Şəhriyar orada da Azərbaycanı layiqincə təmsil edəcək.

Unutmaq lazım deyil ki, cənab prezidentin ən çox diqqət ayırdığı idman növlərindən biri də şahmatdır. Şahmatçıların qarşılanması, onların həyat şəraitinin günbəgün yaxşılaşması üçün cənab prezident tərəfindən hər zaman diqqət ayrılır. Şəhriyara uğurlar arzulayır və onunla qürur hissi duyuruq"


Qeyd edək ki, Azərbaycanın məşhur şahmat qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin VIII turunda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə heç-heçə etdiyi görüşdən sonra şəxsi “Facebook” səhifəsində şok açıqlama yazıb. Şahmatçımız sponsoru olmadığını, yarışlara öz pulu hesabına getdiyini bildirərək, artıq yorulduğunu vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024