Mobil versiya
Mobil telefonların 5 manatdan 150 manata qaldırılan rüsumu – “Bu qərar monopolistlərə xidmət edir”
Tarix: 03-08-2018 | Saat: 16:54
Bölmə:Manşet / Gündəm | çapa göndər

Mobil telefonların 5 manatdan 150 manata qaldırılan rüsumu – “Bu qərar monopolistlərə xidmət edir”



Ölkəyə şəxsi istehlak məqsədilə gətirilən mobil cihazların qeydiyyat rüsumu 5 manatdan 30-150 manata kimi qaldırılması etirazlara səbəb olub.

BakuPost xəbər verir ki, iyulun 31-dən qüvvəyə minən qərarla satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunan mobil cihazlara şamil edilməməsi isə müzakirələr yaradıb.

Bəs bu qərarın verilməsi üçün hansısa əsas var idimi?

Məsələ ilə bağlı BakuPost-a açıqlama verən iqtisadçı Qadir İbrahimli bildirib ki, bu, sadəcə monopolistlərin maraqlarına xidmət edən bir qərardır: "Məlumdur ki, Azərbaycanın özündə telefon istehsal olunmur, hamısı idxal olunur. Rüsumların qaldırılması isə hansısa monopolist və ya monopolistlərin marağına xidmət edir. Belə bir qərar veriblər ki, vətəndaş xaricə gedəndə özünə telefon gətirməkdə maraqlı olmasın, gətirmək də baha başa gəlsin. O da məcbur olub gedib monopolistlərin mağazalarından alsın. Bunun başqa heç bir izahı yoxdur”.

Qeyd edək ki, yeni qərara görə, foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan və bazar qiyməti 100 dollardan aşağı olan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödəniləcək.

Digər telefonlar isə bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat; bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat; bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda –60 manat; bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda –70 manat; bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat; bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat dövlət rüsumu ödəniləcək.

Bu qərardan öncə bütün mobil telefonların qeydiyyatının dövlət rüsumu 5 manat idi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024