Elmi ad almış müğənnilər: Nazpəri ilk deyil - Aşıq Samirə, Ədalət, Lalə... - SİYAHI
Tarix: 19-07-2018, 11:00 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Elmi ad almış müğənnilər: Nazpəri ilk deyil - Aşıq Samirə, Ədalət, Lalə... - SİYAHI


Sənət icmasında elə şəxslər var ki, səhnəyə çıxsa da, pedaqoji fəaliyyəti və elmi dərəcəsi var.

Məsələn, xalq artisti Nazpəri Dostəliyevanın fəlsəfə doktoru elmi adını aldığı artıq hər kəsə bəllidir. Bu barədə sənətçi dünən öz “İnstaqram” səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, “Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub.

Nazpəri xanımın elmi ad alması sosial şəbəkələrdə böyük hay-küyə, müzakirələrə səbəb olub. Hətta onun elmi ad almasını lağa qoyan, gülən, dissertasiya işinin onun özünün yazdığına inanmayanlar da az deyil.

Maraqlıdır, başqa hansı sənət adamlarının elmi dərəcəsi var?

Modern.az saytı elmi dərəcəsi olan sənətçiləri təqdim edir.


Aşıq Samirə Əliyeva 2005-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aşıq sənətindən dərs deyir. Sənətşünaslıq elmi üzrə fəlsəfə doktorudur.


Əməkdar artist Ədalət Şükürov iqtisad elmləri üzrə fəlsəfə doktorudur. Özünün deməyinə görə, elmi işini Rusiyanın Sankt-Peterburq şəhərində müdafiə edib. Sankt-Peterburqda fəaliyyət göstərən Mədəniyyət İnstitununun “Kütləvi tədbirlər rejissoru” fakültəsini bitirib.


Tanınmış müğənni, əməkdar artist Nüşabə Ələsgərli də elmi dərəcə alıb. O açıqlamalarında qeyd edib ki, əfsanəvi bəstəkar Şəfiqə Axundovanın yaradıcılığı ilə bağlı elmi iş yazıb və 2016-cı ildə müdafiə edib, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

Əməkdar artist Lalə Məmmədova filologiya üzrə fəlsəfə doktorudur. Hazırda müğənni Milli Konservatoriyada ingilis dili müəlliməsidir. Lalə Məmmədovanın atası Nadir Məmmədov da alimdir və hazırda BDU-da işləyir.


Xalq artisti, xanəndə Mələkxanım Eyyubova “Muğam sənətinin inkişafında dövlət qayğısı” mövzusunuda dissertasiya müdafiə edib, professordur. 10 ildən artıqdır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam ixtisası üzrə dosent vəzifəsində çalışır.

Xalq artisti, xanəndə Arif Babayev 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. O həm Dövlət Konservatoriyasında, həm də Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi fəaliyyət göstərir.


Xalq artisti Azər Zeynalov Mədəniyyət və İncəsənət Universitetinin professorudur. Ali Attestasiya Komissiyası tərəfindən 2009-cu ildə ona Vokal kafedrası üzrə dosent, 2013-cü ildə isə professor elmi adı verilib. Onun 2012-ci ildə çapdan çıxardığı "Vokal ifaçılığı" kitabı ali musiqi məktəblərinin opera-vokal sinfində təhsil alan tələbələr üçün ana dilində ilk dərslikdir.

aia.azшаблоны для dle 11.2



5153 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
18-04-2018, 13:20 Quba inkişafa səs verib



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

14-12-2018
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
{sape_links}{sape_article}