Qızını 8 il zorlayan telekanal sahibinə ağır CƏZA
Tarix: 19-07-2018, 10:58 | Saat: 15:47:00
Bölmə:Manşet / Hadisə | çapa göndər

Qızını 8 il zorlayan telekanal sahibinə ağır CƏZA


Milyonlar dollarlıq televiziya kanalları və 200-dən çox işçisi olan Fatih Oflaz məhkəmə tərəfində 18 il 9 ay cəzaya məhkum edildi.



Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Oflaz öz qızını 8 ilə qədər cinsi istismara məruz qoyduğu üçün bu cəzaya məhkum edilib.

Türkiyənin 17-ci ağır cinayətlər məhkəməsi onu 22 il 6 ay həbsə məhkum edib. Lakin əvvəllər heç bir cinayətdən məhkum edilmədiyi səbəbindən bu müddət 18 il 9 aya qədər endirilib.

17 şirkət, başda MTV və Eurosport kimi tanınmış kanalların sahibi olan bu şəxs qızının ittihamlarından günahkar bilinərək həbsə göndərilib.



Məhkəmədə atasına qarşı ifadə verən və adı gizli saxlanılan qız ifadəsi zamanı ağladığı üçün bir neçə dəfə çölə çıxarılaraq yenidən məhkəmə zalına qaytarılıb.

Bu qızın ürək ağrıdan ifadələrini məhkəmə tərəfindən ən açıq bir şəkildə qeydə alınıb.



“Atam hər zaman despot bir insan olub. Dediyi hər bir şey yerinə yetirilməli idi. 7 yaş yarıdan 15 yaşıma kimi daima cinsi istismara uğradım. Valideynlərim ayrıldıqdan sonra anamın təkidi ilə atamın yanına getməyə məcbur olurdum. İllərcə buna səsimi çıxartmadım. Həyatımın böyük bir hissəsini heç bir şey olmamış kimi yaşamağı tərcih edirdim. O vaxtdan etibarən gecələr dəhşət içərisində oyanırdım, yata bilmirdim. Atamdan, məni atamın evinə göndərən anamdan, buna mane olmadığı üçün qardaşımdan və müqavimət göstərmədiyim üçün özümdən nifrət etdim” – zərərçəkmiş ifadəsində bildirib.



Daha sonra sözlərinə davam edən zərərçəkmiş sonradan gerçəklərlə üzləşib şikayət etmək qərarına gəldiyini bildirib.



“Nə bu şikayət nə də bu məhkəmənin verəcəyi qərar mənim yaşadıqlarımı dəyişdirməyəcək. Mənim həyatım məhv olub. Heç kimlə münasibət qura bilmirəm. Özümdən nifrət etməkdən əl çəkə bilmirəm. Anama və atama nifrət edirəm. Bu da məni dünyada ailəsiz, yalnız bir insan edir. Mənim həyatımı əslində ailəm oğurlayıb. Bu xəstəliyə məni ömür boyu məhkum etdilər. Bunun ən böyük günahkarı isə atamdır” – zərərçəkmiş sözlərini bu cür ürək ağrıdan ifadə ilə sonlandırıb.



Zərərçəkmiş şikayət etməmişdən əvvəl anası ondan yenidən atasının yanına getməsini istəyib. Qız əsəbiləşib ağlamağa başlayıb və anasına hər şeyi danışıb. Bundan sonra psixiatr yayına gedərək müalicə olub. 30 seans dava edən müalicənin son seansında psixiatr ona atası ilə üzləşməli olduğunu bildirib. Həkimin yardımı ilə atası ilə üzləşib bu zaman psixiatr atasının da 4 dəfə ABŞ-da bu səbəblə müalicə aldığı ona söylədiyini bildirib. Onun sözlərinə görə zərərçəkmişin atası Fatih Oflaz ona bütün bunları etməyinə uşaqlıqda yaşadıqlarının səbəb olduğunu qeyd edib.



Həkimin sözlərinə görə zərərçəkmişin istəyi atası ilə yenidən normal ata-qız əlaqələrini olması olub.

aia.azшаблоны для dle 11.2



583 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

14-12-2018
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
{sape_links}{sape_article}