Mobil versiya
Ərdoğan FETÖ-dən DANIŞDI: “Azərbaycandan, Ukraynadan gətirildi”
Tarix: 16-07-2018 | Saat: 10:05
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ərdoğan FETÖ-dən DANIŞDI: “Azərbaycandan, Ukraynadan gətirildi”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “15 iyul Şəhidlər Körpüsü”ndə Türkiyədə baş vermiş faciəvi hadisələrini iki illiyi ilə əlaqədar xalq qarşısında çıxış edib.



Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan çıxışı zamanı FETÖ terror təşkilatına qarşı mübarizədə Azərbaycanın da həmrəylik göstərdiyini qeyd etməyi unutmayıb.

Türkiyədə FETÖ terror təşkilatının hərbi çevriliş təşəbbüsünün məğlubiyyətə uğradılmasının 2-ci il dönümü münasibəti ilə “15 iyul Demokratiya və Milli Birlik Günü Görüşü” keçirilib.



Tədbirdə xalq qarşısına çıxaraq təşkilata qarşı aparılmış mübarizəyə diqqət çəkən Ərdoğan digər ölkələrin də Türkiyəyə yardımını nəzər salıb.

“Ümidlərini FETÖ-cülərə bağlayanların necə qəzəbləndiklərini bilirik. Əlaqələrimizi təyin edərkən digər mövzularla bərabər çevriliş təşəbbüsünə qarşı rəftarı da nəzərə aldıq. Bax Azərbaycandan gəldi, Ukraynadan ard-arda iki nəfər gətirildi. Nəzarətdə saxlayırıq gətiriləcəklər. Pensilvaniyadaki məlunun böyük bir səylə gizli şəkildə böyütdüyü osminoqun qollarını kəsdik bu belə də bilinsin” – Ərdoğan bildirib.



Həmin anları xatırlayan Türkiyə prezidenti bu günü “millətin xainlər üzərində qələbəsinin tarixə qızıl hərflərlə yazılmış böyük bir demokratiya mübarizəsi” adlandırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024