Mobil versiya
Ziyalı məmurlarımıza dəstək olaq
Tarix: 29-06-2018 | Saat: 10:52
Bölmə:Manşet / Gündəm / Seçilənlər-9 | çapa göndər

Ziyalı məmurlarımıza dəstək olaq




Neftçalalılar Rəşid Manafova qarşı bötan xarakterli yazılara öz etirazlarını bildirdilər

Bu bir həqiqətdir ki, kütləvi informasiya vasitələri, mətbu orqanları yarandıqları ilk gündən artıq ictimai rəyin məhz hansı istiqamətdə formalaşmasına ən böyük təsir gücünə malik olan vasitələrdən birinə, bəlkə də birincisinə çevriliblər. Hətta bu günümüzü özündə belə, yəni informasiya və kommunikasiya texnologiyalarının son dərəcə inkişaf etdiyi, insanların bu və ya digər məlumatı istədikləri zaman əldə etmək və hətta həmin məlumata öz şəxsi rəy və münasibətlərini, şərhlərini sosial şəbəkələr vasitəsilə ictimailəşdirmək imkanlarına sahib olduqları bir zamanda da mətbu orqanları öz əzəli funksiyalarını qoruyub saxlamqdadırlar. Və əlbəttə ki, kütləvi informasiya vasitələrinin ictimai rəyin formalaşmasına olan təsirinin biriləri tərəfindən öz şəxsi məqsədləri üçün istifadə olunması tendensiyası hər zaman mövcud olub.

Amma çox təəssüflər olsun ki, son zamanlar ölkəmizdə hətta bu xoşagəlməz tendensiyanın belə bir qədər də çılızlaşdırılmış, simasızlaşdırılmış formasına tez-tez rast gəlirik. Belə ki, bəzi mətbuat nümayəndələri öz şəxsi ambisiyalarının təmin olunması və yaxud da birilərinin sifarişlərinin icrası üçün heç bir etik normalara belə riayət etmədən, insanların heysiyyatına zərbə vurulduğunu nəzərə almadan, əsaslandırılmış tənqidlə yolverilməz iftira və böhtan arasında heç bir fərq qoymadan “hədəf” seçilmiş subyektlərə qarşı davamlı olaraq qərəzli yazılar dərc edirlər. Xüsusən də bu cür hücumlara daha çox məruz qoyulan təbəqə, əlbəttə də ki, ilk növbədə əhalinin dövlət məmuru zümrəsinə aid olan hissəsidir. Təbii ki, bu gün məmur və dövlət qulluqçuları arsında öz işinə laqeyd yanaşan, qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bilməyən, daha çox öz şəxsi maraqlarını düşünən insanlar da kifayət qədərdir. Amma məsələ bundadır ki, sifarişli yazı müəllifləri də məhz bu məqama dayanaraq, bir çox hallarda “qurunun oduna yaşı da yandırmağa” nail olurlar. Bəzən isə, hətta əksinə də olur. Yəni müəyyən araşdırmalardan sonra məlum olur ki, sən demə bu və ya digər böhtan xarakterli yazını sifariş edən şəxsin özü bir çox qanun pozuntularına yol verməklə artıq ictimaiyyətin diqqətini özünə cəlb edib və indi də məhz bu diqqəti yayındırmaq üçün müxtəlif vasitələrə əl atmaq məcburiyyətindədir.

Son vaxtlar belə “tənqid hədəfi”nə çevrilmiş dövlət məmurlarından biri də Neftçala Rayon Maliyyə İdarəsinin rəisi Rəşid Manafovdur. Qeyd etmək istərdim ki, bu yaxınlarda əməkdaşlarımızdan biri Neftçala rayonuna ezam olunmuşdu. Ezamiyyətin məqsədi tamamilə başqa olsa da, nəticə etibarı ilə əməkdaşımız rayonun maliyyə idarəsinin rəhbərinin fəaliyyəti barədə də müəyyən məlumat əldə etmişdi. Məsələ bundadır ki, aldığı tapşırıq əsasında araşdırma aparan əməkdaşımıza onun görüşdüyü rayon sakinlərindən bir neçəsi özləri tam fərqli bir mövzuda müraciət ediblər. Sakinlər

bildiriblər ki, bəzi internet səhifələrində onların rayonunda gedən proseslərin təhrif olunmuş formada təqdim edilməsi, burada namus və vicdanla çalışan, öz işini ləyaqətlə aparan dövlət qulluqçularına qarşı böhtan kampaniyalarının aparılması onları çox narahat edir. O cümlədən sakinlər Rayon Maliyyə İdarəsinin rəisi Rəşid Manafovun da adını çəkərək, bu dövlət qulluqçusunun sözün əsil mənasında bir ziyalı insan, dövlətin və xalqın mənafeyini hər zaman üstün tutan bir məmur olduğunu xüsusilə vurğuladılar. Sakinlərin əməkdaşımızdan olan əsas xahişləri də bundan ibarət idi ki, öz saytımızda Rəşid müəllimi neqativ rakursdan təqdim etməyə çalışanlara həmin insanların qəti etirazlarını bildirək. Əlbəttə, buna dərəcədə nail olduğumuzu deyə bilmərəm. Amma əminəm ki, xalqın hörmətini, dəstəyini qazana bilmiş Rəşid Manafov kimi ziyalı məmurlara qarşı istənilən böhtan kampaniyasının təşkilatçıları hər zaman məğlub durumda qalacaqlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024