Mobil versiya
Deputat: Azərbaycan Ordusunun qələbə çalacağı gün heç də uzaqda deyil
Tarix: 26-06-2018 | Saat: 16:42
Bölmə:Manşet / Siyasət | çapa göndər

Deputat: Azərbaycan Ordusunun qələbə çalacağı gün heç də uzaqda deyil


Bu gün hər bir Azərbaycan vətəndaşı və xaricdə yaşayan hər bir azərbaycanlı ordumuzla fəxr edir. Adalet.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, Azərbaycanda dövlətçiliyin mövcud olduğu bütün dövrlərdə ölkəmizin ərazi bütövlüyünü qoruyan şanlı Silahlı Qüvvələrimiz olub:

"Qısa zaman ərzində fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövründə də erməni qəsibkarlarına qarşı qəhrəmanlıqla mübarizə aparan Silahlı Qüvvələrimiz olub. Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən Azərbaycanda hakimiyyətə gəldikdən sonra dövlətçiliyimizin bütün sahələri ilə yanaşı, ordu quruculuğu sahəsində də çox böyük işlərin görülməsinə başlandı və Azərbaycanın müasir ordusu yaradıldı. Ulu öndər Heydər Əliyevin dövlətçilik təcrübəsi bu sahədə də özünü göstərdi. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır”.

Deputat vurğulayıb ki, Azərbaycan ordusu öz şücaətini dəfələrlə, o cümlədən 2 il əvvəl aprel döyüşlərində, bu yaxınlarda isə Naxçıvanda, Günnüt kəndinin azad edilməsində göstərib:

"Azərbaycan dövləti Silahlı Qüvvələrin inkişafına ciddi diqqət yetirir, cəmiyyətdə orduya böyük məhəbbət var, dəstək var, ordu-xalq birliyi kifayət qədər yüksəkdir və bununla biz fəxr edə bilərik. Güclü ordumuzun olmasında Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük xidməti var. Aprel döyüşləri, Günnüt zəfəri bir daha göstərdi ki, Azərbaycan Ordusunun qələbə çalacağı, torpaqlarımızı erməni işğalından azad edəcəyi gün heç də uzaqda deyil”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə