Mobil versiya
Yol polisi deputatların iddialarını təkzib etdi
Tarix: 21-06-2018 | Saat: 11:38
Bölmə:Manşet / Gündəm | çapa göndər

Yol polisi deputatların iddialarını təkzib etdi



“İndiyə qədər yol polisinin deputatı saxlayıb inzibati məsuliyyətə cəlb etməsi ilə bağlı məlumat daxil olmayıb”.



Bu sözləri Modern.az-a açıqlamasında Baş Dövlət Yol Polisi idarəsinin mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev deyib deyib. O bildirib ki, belə hal olduqda BDYP-ya rəsmi məlumat olunmalıdır.



“Əgər belə bir hal varsa, yol polisi deputatı saxlayıb inzibati məsuliyyyətə cəlb edirsə, bununla bağlı bizə mürəciət etsinlər. Biz faktı araşdırıb və məsələyə hüquqi qiymət verək”.

R.Quliyev deyib ki, polisi kimlərin toxunulmazlığının olması ilə bağlı məlumatlıdır.



Xatırladaq ki, Milli Məclisin deputatı Tahir Kərimli Modern.az-a açıqlamasında yol polisinin deputatın toxunulmazlığına əhəmiyyət vermədiyini deyib.



T.Kərimli qeyd edib ki, deputatdan qat-qat aşağı səlahiyyətli nümayəndələr var ki, məsələn, icra hakimiyyətlərinin nümayəndələri yol polisin qarşısından 100-lə də keçsə, ona “çest” verirlər.


“Halbuki, onların heç birinin toxunulmazlıq statusu yoxdur. Amma deputatın, hakimin belə bir statusu olsa da, hörmət göstərilmir. Niyə?



Çünki deputatın əlində elə bir səlahiyyət yoxdur ki, kimisə işə götürsün. Ona görə də bəziləri deputatı sanki bilərəkdən aşağılayırlar. Bəzi ölkələrdə Dövlət Yol Polisi İdarəsi ləğv edilib. Ancaq bizdə mentaliteti nəzərə alaraq, mən bu qurumun ləğvinin tərəfdarı deyiləm. Onlar olmasa yol-hərəkəti qaydaları daha çox pozular. Çünki biz qaydanı pozmağa öyrənmişik”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024