Mobil versiya
İtaliyada göldə boğulan azərbaycanlı tələbənin nəşi hələ tapılmayıb - XİN-dən AÇIQLAMA
Tarix: 07-06-2018 | Saat: 14:30
Bölmə:Manşet / Cəmiyyət / Seçilənlər-8 | çapa göndər

İtaliyada göldə boğulan azərbaycanlı tələbənin nəşi hələ tapılmayıb - XİN-dən AÇIQLAMA


Bir neçə gün əvvəl İtaliyada azərbaycanlı tələbə göldə batıb.

Yayılan məlumatlara görə, Roma Universitetinin Politologiya fakültəsinin tələbəsi, 29 yaşlı Elnur Babayev iyunun 2-də Kastel Qandolfo şəhərindəki göldə çimərkən boğulub.


Modern.az saytı baş vermiş hadisə ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevlə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında deyib ki, tələbənin meyitinin tapılması istqamətində axtarışlar hələ də davam edir.


“İyunun 2-də təqribən axşamüstü saat 6-da İtaliyanın Roma şəhərindən 25 km aralı məsafədə yerləşən Albano gölündə bir Azərbaycan vətəndaşının itkin düşməsi barədə səfirliyimizə məlumat daxil olub. Təcili olaraq səfirin tapşırığı ilə səfirliyin konsulluq məsələləri üzrə əməkdaşı hadisə yerinə ezam olunub. Diplomatımız İtaliyanın polis xidməti, xilasetmə qrupu, təcili yardımın əməkdaşları ilə hadisə yerinə baxış keçirib və ilkin məlumat toplanıb. Bəlli olub ki, İtaliyada təhsil alan 2 Azərbaycan vətəndaşı göldə istirahət edərkən onlardan biri gəzdikləri qayıqdan kənara çıxıb. Bu zaman üzməyə cəhd göstərdiyi vaxt onun boğulması baş verib. Onun yanında olan digər azərbaycanlı tələbə yoldaşını xilas edə bilməyib və polisə bu barədə məlumat verib.
Batan şəxsin Elnur Babayev olduğu bildirilir. Hüquq-mühafizə orqanları vasitəsilə həmin məsələnin araşdırılması təmin olunub, səfirlik tərəfindən də israrlı şəkildə dalğıc xidmətinin cəlb edilməsi təmin edilib. İtaliyanın dalğıc xidmətindən və hüquq-mühafizə orqanlarından bildiriblər ki, göl tektonik göldür. Relyefi və dibi çox mürəkkəbdir, bu da meyitin tapılmasını çətinləşdirir. Tələbənin nəşi hələ ki, tapılmayıb. Hazırda axtarış xidməti davam etdirilir.

Həmçinin, bu barədə Elnur Babayevin də ailəsinə məlumat verilib. Atasının İtaliyaya getməsi operativ qaydada təşkil edilib. Azərbaycanın İtaliyadakı səfirliyi konsulluq xidməti çərçivəsində bu hadisə ilə əlaqədar bütün lazımi dəstəyi göstərir və İtaliyanın hüquq-mühafizə orqanları ilə də davamlı olaraq təmasdadır”.


Qeyd edək ki, Elnur Babayev ailənin yeganə oğludur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024