Mobil versiya
Paşinyan Sarkisyandan da hiyləgərdir - Azərbaycanlı ekspert onun bəyanatlarına DİQQƏT ÇƏKDİ
Tarix: 19-05-2018 | Saat: 12:11
Bölmə:Manşet / Gündəm | çapa göndər

Paşinyan Sarkisyandan da hiyləgərdir - Azərbaycanlı ekspert onun bəyanatlarına DİQQƏT ÇƏKDİ



“Dünən Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Soçi şəhərindən qayıdar-qayıtmaz Amerikanın İrəvanda oturan səfiri Riçard Milzin təkidi ilə görüşüb. Özü də, bu görüş iki ölkədən daha çox Türkiyə və Azərbaycanla bağlı bir sıra məqamları ilə diqqəti cəlb edir”.


Bu barədə Modern.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.


Ekspert bildirib ki, ABŞ və Rusiya arasında Paşınyanı, bütövlükdə Ermənistanı öz orbitlərində saxlamaq üçün çox qızğın mübarizə gedir.

“Və bu erməni quldurbaşı da çalışır ki, vəziyyətdən maksimum istifadə etsin. Yəqin ki, istifadə edəcək və məqsədlərinə tam da olmasa, müəyyən mənada çatacaq. Bu münasibətlərin Azərbaycan üçün ən təhlükəsi və risklisi Qarabağla bağlı olan məsələdir. Bizim uzun illərdir dediyimiz, yazdığımız və həyacanla dilə gətirdiyimiz qorxulu hadisələr deyəsən, yavaş-yavaş tam açıq müstəvidə özünü göstərir. Böyük güclər, başda Rusiya və Amerika, hələ üstəlik də Fransa Azərbaycana Qarabağla bağlı elə bir "kompromis" təklif edəcəklər ki, sadəcə idman termini ilə desək, biz mat qalacağıq! Dünən Paşinyanın Amerika diplomatı ilə görüşdə ən çox vurğuladığı məsələ Ermənistanın guya iki "düşmən dövlət" - Türkiyə və Azərbaycan arasında qalması və hər mənada əziyyət çəkməsi faktını önə çıxartması oldu. Həyasız erməni 3 gün bundan qabaq Soçidə Rusiya prezidenti Putinə diferambalar səsləndirirdisə, dünən Amerikadan daha böyük maliyyə və mənəvi dəstəkləri gözlədiyini dilə gətirdi”.


Ü.Cəfərov hesab edir ki, 2018-ci ilin yaxın aylarında Ermənistanın hazırkı faktiki ağası və rəhbəri Paşinyan Trampın yanına çağırılacaq və ona bütün qaldırılacaq məsələlər ilə bağlı lazım olan qarantiiyalar veriləcək.


“Şəxsən mənim üçün qəribə səslənsə də, Azərbaycanla bağlı həddindən çox ağır dönəmlər başlayacaq. Buna indidən hazır olmaq gərəkdir və Xarici İşlər Nazirliyi səviyyəsində qabaqlayıcı addımlar atılmalıdır. Daha dünənki kimi yox! Bir həftədir Türkiyənin ABŞ səfirliyinin Qüdsə köçürməsinə qarşı səsləndirdiyi bəyanatlardan sonra yalnız dünən nəhayət ki, Azərbaycan XİN öz etirazını bildirdi. Əziz diplomatlar, məgər 3-5 gün sizin üçün o qədər çətindir ki, bu işləri bu qədər ləng edirsiniz? Axı, çevik diplomatiya bir qədər fərqli anlayışdır”.


Ekspert deyir ki, Paşinyanın son vaxtlar Azərbaycana yönəlik sərsəm bəyanatlarını diqqətsiz qoymaq olmaz:


“Onun yaramaz və cinayətkar Serj Sarkisyandan da çox radikal və proqnozlaşdırılmayan bir adam olması artıq hamıya gün kimi aydındır. Və daxili əminliyim onu deməyə tələsir ki, bu "küçə adamı" daxildə nə qələtlər edəcək, özü bilər. Və qoy nə qədər irili-xırdalı səhvlər edəcəksə, etsin. Amma Qarabağla bağlı onun edə biləcəyi "küçə adamı" olmasına rəğmən çox qorxulu və təhlükəlidir. Kim deyir ki, o heç nə edə bilməyəcək... Elə dünən Amerika səfiri də yəqin ki, ona öz dövləti adından bəzi təminatları təklif edib. Ən böyük qarantiyanı isə o, bu il Vaşinqtonda yüksək səviyyədə keçiriləcək ABŞ hərbi-siyasi rəhbərləri ilə görüşdə alacaq. Buna qətiyyən şübhəniz olmasın”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024