Mobil versiya
“Şemaşko” – bir tibbi yardım brendi
Tarix: 18-05-2018 | Saat: 13:15
Bölmə:Səhiyyə / Seçilənlər | çapa göndər





1 saylı Kliniki Tibbi Mərkəzdə əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə keçirilən islahatlar davam edir

1 saylı Kliniki Tibbi Mərkəz tamamilə haqlı olaraqölkənin ən qocaman və ən nüfuzlu tibb müəssisələrindən biri hesab olunur. İndinin özündə də xalq arasında daha çox “Semaşko xəstəxanası” kimi tanınan bu səhiyyə ocağında artıq çoxdan özünəməxsus ənənələrin formalaşdığını da desək, qətiyyən yanılmarıq. Əlbəttə ki, ənənələr öz yerində, lakin qabaqcıl tibb müəssisələrindən biri kimi, 1saylı Kliniki Tibbi Mərkəzdən yenilənmə və modernləşmə prosesləri də yan keçə bilməz. Əldə etdiyimiz məlumatlara görə isə, müəssisənin işində bu yeniliklər daha çox məhz son iki ildə nəzərə çarpır.

Artıq iki ildir ki, 1 saylı Kliniki Tibbi Mərkəzin Baş həkimi vəzifəsinə Ədalət Dadaşov təyin olunub. Qeyd edək ki, Ədalət Dadaşov buna qədər elə həmin səhiyyə ocağının cərrahiyə şöbəsinə rəhbərlik edirdi. Odur ki, yeni baş həkim əslində bu müəssisə üçün heç də yeni sima deyildir. Bu isə o deməkdir ki, Ədalət Dadaşovun timsalında Mərkəzin kollektivi onların problemlərinə, iş üslublarına və ümumilikdə müəssisənin fəaliyyət mexanizminə kifayət qədər yaxından bələd olan bir rəhbər əldə etmişdir.

Bu gün 1 saylı Kliniki Tibbi Mərkəzdə təqribən 2000 nəfərə yaxın tibbi personaldan ibarət kollektiv tərəfindən 30 min nəfərə stsionar və 50-60 min nəfərə ambulator tibbi xidmətlər göstərilir.Qeyd edək ki, hazırda mərkəzdə rəsmi şəkildə heç bir pullu xidmət yoxdur. Maraqlıdır ki, ara-sıra mətbuat səhifələrində dərc olunan bəzi materiallarda bu xəstəxanada bəzi dərman vasitələrinin xəstənin yaxınlarına aldırılması faktlarının qeydə alındığı vurğulanırdı. Mərkəzin Baş həkimi Ədalət Dadaşov mətbuata verdiyi müsahibələrin birində məhz bu məsələyə belə münasibət bildirmişdi: “Mərkəzdə müalicə olunan xəstələrə Səhiyyə Nazirliyinin hazırladığı siyahıya uyğun olaraq dərmanlar verilir. Əgər xəstənin özünə dərman aldırılırsa, deməli, həmin dərman nəzərdə tutulmuş siyahıda yoxdur. Yəni bununla bağlı müqavilə var və bu müqavilə bağlananda xəstə heç bir etiraz etmir. Siyahıda olan dərmanların təchizatında qısamüddətli texniki fasilələr ola bilir. Məsələn, innovasiya bazasına həmin dərman yazılıb, lakin xəstəxanaya hələ gətirilməyib. Bu, həmin dərmanların Mərkəzdə olmadığı demək deyil. Əsas olan xəstənin taleyidir.”
Təbii ki, yüksək texnologiyalar, ultra-müasir müayinə cihazları, innovativ dərman preparatları və digər yeniliklər hər bir tibb müəssisəsinin işində vacib amil kimi çıxış edirlər. Lakin bütün bu yeniliklərin effektivliyi yenə də insan faktoruna dayanır. Elə

MərkəzinBaş həkimi də bu məsələnin kifayət qədər önəmli olduğunu dəfələrlə öz müsahibələrindədiqqət mərkəzinə gətirmiş, rəhbərlik etdiyi müəssisənin işinin effektivliyinin artması üçün müəyyən kadr problemlərinin də həllinin tələb olunduğunu vurğulamışdı. Bu problemi konkret şöbələrin işi üzərində izah edən Baş həkim demişdi ki, məsələn, reanimasiya şöbəsində ən yaxşı halda hər 1 xəstəyə bir tibb bacısı və hər 3 xəstəyə bir reanimatoloq olmalıdır. Reallıqda isə, 4-5 xəstəyə bir tibb bacısı və 7-8, bəzən isə hətta 10 xəstəyə bir reanimotoloq düşür.
Lakin istənilən halda,1 saylı Kliniki Tibbi Mərkəzin əməkdaşlarıöz üzərilərinə düşən məsuliyyəti düzgün qiymətləndirir və nəticədəhəttaən kritik vəziyyətlərdə belə işin öhdəsindən gəlirlər.

Mərkəzin işində maraq doğuran daha bir məqam ondan ibarətdir ki, bu tibb müəssisəsi əslində daha çox paytaxtın Səbail və Nəsimi rayonundan olan xəstələr üçün nəzərdə tutulsa da, bu gün faktiki olaraq Bakının bütün rayonlarından və bölgələrdən də buraya xəstə axını müşahidə olunmaqdadır. Etiraf etmək lazımdır ki,

“Semaşko” artıq çoxdan tibbi yardım sahəsində əsil brendə çevrilmişdir.
Bu gün 1 saylı Kliniki Tibbi Mərkəzin rəhbərliyi tərəfindən əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə ciddi islahatlar həyata keçirilməkdədir. Həmçinin müəssisədə idarəetməni asanlaşdırmaq, ştat şişirtmələrinin qarşısını almaq, dövlət büdcəsindən ayrılan vəsaitə qənaət etmək, göstərilən xidmətin effektliyini artırmaq və optimallaşdırmaq üçün struktur dəyişiklikləri aparılır.
Ümid edirik ki, “Semaşko” brendinə etibar edən xəstələr, bundan sonra da uzun illər öz sağlamlıqlarında heç bir problemlə qarşılaşmayacaqlar.

aia.az
Ayxan Babayev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024