Mobil versiya
Spiker Səməd Seyidova qarşı sanksiyadan DANIŞDI
Tarix: 18-05-2018 | Saat: 12:53
Bölmə:Manşet / Gündəm | çapa göndər

Spiker Səməd Seyidova qarşı sanksiyadan DANIŞDI




"Azərbaycanın bəzi "vətənpərvər”ləri bu məsələni əldə bayraq ediblər. Qəzetlər, saytlar bütün günü bundan yazırlar. Təbii ki, bu, ədalətsiz qərardır. Deyirlər ki, guya bu sanksiya ilkdir. Belə deyil, bir dəfə sanskiya qoyulmuşdu”.

Bunu Milli Məclisin iclasında spiker Oqtay Əsədov Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov barəsində sanksiya tətbiq edilməsinı münasibət bildirərkən deyib.

O bildirib ki, bəziləri bunun ilk sanksiya olduğunu deyirlər:

"Bu, doğru deyil, dəfələrlə belə olub. Onlar həmişə qərarlarından sonra peşman olublar".

O.Əsədov xatırladıb ki, AŞPA-nın bir qərarına əsasən, iki il Azərbaycanda heç bir tədbirin keçirilməməsi nəzərdə tutulmuşdu, amma 1 il sonra peşman oldular:

"Qurumun iki alt komitəsinin iclası Bakıda keçirilməli idi. Maddi imkanları yox idi, xahiş etdilər ki, bəlkə iclası keçirək, mən də razılaşmadım. Dedim ki, biz sanksiya tətbiq olunan müddətdə iclas keçirə bilmərik. Üç il sonra isə bütün komitə iclaslarını Azərbaycanda keçirdilər. Səməd Seyidova qarşı qərar ədalətsizdir, bunu hər kəs bilir. Səməd Seyidov bizim mübariz deputatımızdır, işini həmin qaydada davam etdirəcək”.

Spiker vurğulayıb ki, AŞPA-da Dağlıq Qarabağ məsələsinin müzakirəsinə əngəl olurlar: "Bu da onların qərəzli olmasından xəbər verir”(modern.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024