Mobil versiya
Səməd Seyidov: “Azərbaycanın sərt təpkisindən sonra bu, aradan qaldırıldı”
Tarix: 08-05-2018 | Saat: 11:46
Bölmə:Manşet / Siyasət | çapa göndər

Səməd Seyidov: “Azərbaycanın sərt təpkisindən sonra bu, aradan qaldırıldı”


“Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb, davam edir. Bunun çox ağır nəticələri var”.



Modern.az-ın məlumatına görə, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.



O bildirib ki, Ermənistan bir neçə dəfə Rusiya və Qazaxıstan bazarlarına Dağlıq Qarabağın məhsullarını çıxarmağa cəhd edib.



“Azərbaycanın sərt təpkisindən sonra bu, aradan qaldırıldı. Avropa İttifaqı səviyyəsində də bu məsələ həll edilməlidir. Dağlıq Qarabağda və digər münaqişə ocaqlarında təhlükəli tendensiyalar baş verir. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Amma bəzən çalışırlar ki, Azərbaycanı gözdən salsınlar, deyirlər ki, guya ölkədə insan hüquq və azadlıqları pozulur. Bunlar doğru deyil. Dağlıq Qarabağ münaqişəsi yalnız Cənubi Qafqaz regionu üçün deyil, Avropa üçün də təhlükə yaradır, ona görə də həll edilməlidir”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024