Mobil versiya
Ünvanlı sosial yardım sistemi dəyişdirilir - Yeni nazir təkliflər HAZIRLAYIR
Tarix: 04-05-2018 | Saat: 16:45
Bölmə:Manşet / Ölkə | çapa göndər

Ünvanlı sosial yardım sistemi dəyişdirilir - Yeni nazir təkliflər HAZIRLAYIR


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə işçi qrupu yaradılıb.


Nazirlikdən bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə yaradılan işçi qrupunun qarşısında bir sıra vəzifələr müəyyən edilib.

Belə ki, işçi qrupu müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması və verilməsində neqativ hallara şərait yaradan amillərin aradan qaldırılması, ünvanlılığın artırılması üçün təkliflər hazırlayacaq. Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailənin maddi-məişət şəraitinin müayinəsi, ünvanlı dövlət sosial yardımının təyinatı prosesində şəffaflığın tam təmin edilməsi, vətəndaşlara daha keyfiyyətli və şəffaf xidmətlərin göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə də təkliflərin hazırlanması təmin olunacaq.


Hazırda dövlət sosial yardımı alan aztəminatlı ailələrin özünüməşğulluq imkanlarının reallaşdırılması və bununla onların dövlət sosial yardımı sistemindən asılılığının aradan qaldırılması, kiçik ailə biznesinə çıxış imkanlarına yiyələnmələrinə nail olunması da qarşıda duran vəzifələrdən biridir.


Bununla əlaqədar işçi qrupu VEMTAS vasitəsilə ünvanlı dövlət sosial yardımı təyin olunmuş ailələrin potensial imkanları müqabilində özünüməşğulluq proqramına cəlb olunması, həmin ailələrin şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələrinə aktiv şəkildə dəstək verilməsi, onların ünvanlı dövlət sosial yardımından asılılığının aradan qaldırılması və yoxsulluqdan çıxmalarına şərait yaradılması ilə bağlı təkliflər də hazırlayacaq.


İşçi qrupu artıq ilk iclasını keçirib və qarşıda duran vəzifələrin yerinə yetirilməsi ilə bağlı işçi qrupunun görəcəyi işlər geniş müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024