Mobil versiya
İlham Əliyevin Britaniya səfərinin 4 SƏBƏBİ
Tarix: 27-04-2018 | Saat: 11:38
Bölmə:Manşet / Siyasət | çapa göndər

İlham Əliyevin Britaniya səfərinin 4 SƏBƏBİ


Prezident İlham Əliyev yenidən dövlət başçısı seçildikdən sonra ilk xarici səfərini Türkiyəyə edib. Ardınca isə Böyük Britaniyaya yollanıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu prezidentin iki ölkəyə rəsmi səfərini şərh edib.



Modern.az xəbər verir ki, politoloq bunun 4 səbəbi olduğunu bildirib.



“Birinci səbəb Azərbaycan-Böyük Britaniya münasibətlərinin xarakterindən irəli gəlir. Hər nə qədər Böyük Britaniya 100 il əvvəl Azərbaycanı müvəqqəti işğal etsə də və bu yaddalarımızdan silinməsə də, müstəqilliyimizi qazandıqdan bu yana iki dövlət arasında sıx əlaqələr qurulub. Vaşinqtondan rəsmi dəvət gözləmək nə qədər çətin olsa da, London hər zaman rəsmilərimizi Böyük Britaniyaya dəvət ediblər. Bu dəfə də Azərbaycanda prezident seçkisindən dərhal sonra Böyük Britaniyanın baş naziri Tereza Mey İlham Əliyevi Londona dəvət etdi. Azərbaycan prezidenti vaxt itirmədən Ankaranın ardından Londona getdi. Bu səfər Azərbaycan prezidentinə həm də ona görə lazım idi ki, onun prezident seçildiyi Qərbdə heç kimdə şübhə doğurmasın, zatən Amerikanın xaricində Avropa ölkələrindən təbriklər ard-arda gəldi.



İkinci səbəb Böyük Britaniyanın BP şirkətinin Azərbaycandakı çalışmaları ilə bağlıdır. BP az qala 25 ilə yaxındır Azərbaycana ən çox yatırım həyata keçirən şirkətdir və hələ bir bu qədər müddət də ölkəmizdə fəaliyyət göstərəcək. İlham Əliyevin Londona budəfəki səfəri zamanı Azərbaycan Dövlət Neft Şirkəti ilə BP arasında növbəti saziş imzalandı. Bu da İlham Əliyevin Böyük Britaniyaya səfərini şərtləndirən ikinci səbəb idi”.



Elxan Şahinoğlu İlham Əliyevin Londona səfərinin üçüncü səbəbini bu cür izah edib.



“Baxmayaraq ki, Böyük Britaniya Avropa İttifaqından çıxıb Londona səfər edən hər rəsmi köhnə qitədə diqqətlə izlənilir və bunun analizləri hazırlanır. Yəni İlham Əliyevin Londona səfəri başqa Avropa dövlətlərinin digər liderlərini də Azərbaycanın dövlət başçısını öz ölkələrində görməyə sövq edəcək”.



Politoloqun sözlərinə görə, Bakının yürütdüyü xarici siyasət də diqqət mərkəzindədir.



“Belə təəssürat yarana bilərdi ki, İlham Əliyev Ankaradan sonra Moskvaya səfər etməli idi. Bəlkə də belə dəvəti Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Bakıya səfəri zamanı İlham Əliyevə çatdırıb. Ancaq İlham Əliyev ikinci səfər yeri kimi Böyük Britaniyanı seçməklə balanslaşdırılmış xarici siyasətə üstünlük verdiyini göstərdi. Azərbaycan Avropa ilə əməkdaşlığa önəm verməlidir, bu əməkdaşlıq Rusiyanın istəyindən asılı olmamalıdır.



Bu baxımdan bəzi azərbaycanlı deputatların “Azərbaycan Avropa Şurasından çıxmalıdır” açıqlamaları ölkəmizin milli və təhlükəsizlik maraqlarına uyğun deyil. Rusiya bizə Avropanı əvəz edə bilməz. Hər ikisi ilə yalnız qarşılıqlı faydalılıq əsasında əməkdaşlığımızı inkişaf etdirməliyik. İkili münasibətlərə üçüncü dövlət qarışmamalıdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə