Mobil versiya
"Bizə Türkiyə qədər heç kim dəstək verməyib" - İlham Əliyev
Tarix: 25-04-2018 | Saat: 15:53
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Bizə Türkiyə qədər heç kim dəstək verməyib" - İlham Əliyev




Ankarada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib.

Bu barədə Prezident İlham Əliyev Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında deyib. Ölkə başçısı bildirib ki, Türkiyə və Azərbaycan birliyi, qardaşlığı çox möhkəmdir və onun böyük gələcəyi var.

"Türkiyə böyük bir yol keçib. Biz Türkiyədəki prosesləri diqqətlə izləyir və əldə edilən uğurları sevinclə qarşılayırıq. Türkiyə dünya miqyasında gücdür. Türkiyəni sevənlər sevinir, sevməyənlərin kefi pozulur.Dağlıq Qarabağmünaqişəsinin həlli ilə bağlı Türkiyə qədər bizə heç kim dəstək verməyib. Bu dəstək bizə əlavə güc verir. Münaqişə beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həll olunmalıdır. Azərbaycan da beynəlxalq təşkilatlarda Türkiyəni dəstəkləyir. "Zeytun budağı" əməliyyatının uğurla keçirilməsi ilə bağlı qardaş türk xalqını təbrik edirəm", deyəPrezidentİlham Əliyevvurğulayıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024