Mobil versiya
Narkomanlardan 5 nəfəri 18 yaşa çatmayan şəxslərdir
Tarix: 09-04-2018 | Saat: 17:01
Bölmə:Manşet / Ölkə | çapa göndər

Narkomanlardan 5 nəfəri 18 yaşa çatmayan şəxslərdir


Azərbaycanda narkomanlar arasında qadınların çoxu inyeksiyon narkotik istifadəçiləridir. Bu məlumatıNarkotiklərə Qarşı Milli Təbliğat Ofisinin müdir müavini Leyla Yolçiyeva söyləyib.

O bildirib ki, Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin göndərdiyi müraciət əsasında verilən məlumalara əsasən 2017-ci ilin ölkədə yeni qeydiyyata alınmış narkomanların sayı 2115 nəfər təşkil edib.

Beləliklə narkotik maddə istifadəçilərinin ümumi sayı 30131 nəfərə çatmışdır: "Onlardan 25139-u dispanser, 4992-si profilaktik, 1031-i anonim qeydiyyatda olanlardır. İstifadəçilərin yaş həddinə nəzər salsaq 5 nəfər 18 yaşına qədər şəxslərdir. Qadınların sayı isə 595 nəfər təşkil edir. Qadınlardan 470 nəfəri inyeksion narkotik istifadəçiləridir. Ümumilikdə inyeksiyon narkotik istifadəçilərinin sayı 21038 nəfər təşkil edir".

2013-cü ildə ölkədəki bütün narkotik istifadəçilərinin 539-u, 2014-cü ildə 554-ü, 2015-cı ildə 592-si, 2016-cı ildə isə 612-si qadın olub.

2016-cı ildə isə yeni qeydiyyata alınan 2142 narkomanın 29-u qadın olub. 2015-ci ildə yeni qeydiyyata görürülən narkomanların sayı 2017 nəfər təşkil edib.Movqe.az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024