Mobil versiya
ABŞ-Rusiya müharibəsi başlaya bilər – 30 minlik TƏDBİR
Tarix: 30-03-2018 | Saat: 14:15
Bölmə:Manşet / Dünya | çapa göndər

ABŞ-Rusiya müharibəsi başlaya bilər – 30 minlik TƏDBİR


ABŞ Rusiya ilə mümkün müharibəyə 30 minlik operativ hərbi qüvvə hazırlayır. Modern.az xəbər verir ki, bu barədə nüfuzlu “The Wall Street Journal” yazıb.



Rusiya və Avropa Birliyi arasında hərbi münaqişə zamanı birlik ölkələrinin milyonluq ordusunun yalnız bir neçə mini dərhal münaqişə zonasına yerləşdirilə bilər. Bununla bağlı ABŞ münaqişə zonasına 30 gün ərzində ən azı 30 minlik NATO hərbi heyəti və əlavə təyyarə, gəmilərin yerləşdirilməsi üçün tədbirlər planı hazırlayır.



Qəzetin qeyd etdiyi kimi, Rusiya təhlükəsi qarşısında müttəfiqlərin döyüş hazırlığının möhkəmləndirilməsi ABŞ müdafiə naziri Ceyms Mettisin əsas prioriteti olub. Rəsmilərin sözlərinə görə ABŞ-ın bu mövqeyi ümumi rəğbətlə qarşılanıb. Və NATO-dakı müttəfiqlər bu barədə iyulda liderlərin sammitinədək lazımi razılaşmalara nail olunmasına ümid edirlər.



Keçən il NATO Rusiya ilə sərhəddə - Polşa və Baltikyanı ölkələrdə 4,6 minlik hərbi kontingent yerləşdirib. Həmçinin alyansın əsas qüvvələrində 10 gün ərzində kontingentə yardıma çatmalı 5 minlik operativ qüvvə də nəzərdə tutulub.



Qeyd etmək lazımdır ki, bu mövzu ilə əlaqədar Avropada yollar və ölkələrin hərbi qüvvələrində müəyyən problem var. Buna görə də ekspertlər bildirirlər ki, operativlik üçün mütləq surətdə NATO- ya kifayət qədər qırıcı təyyarə lazımdır.



Bu isə NATO üçün qırıcı parklarının və hərbi heyətin təliminə yeni investisiya, həmçinin yeni hava limanlarının tamamilə yeni infrastrukturun qurulması deməkdir. Göründüyü kimi bu isə daha çox zaman və əlavə xərclər tələb edir. Martın 28-də isə avropalı rəsmilər əsas hərbi nəqliyyat yollarının təkmilləşdirilməsi təşəbbüsünü irəli sürüblər.



Ekspertlərin rəyinə görə müttəfiqlər arsında döyüş hazırlığı ilə bağlı problemi olmayan Avropa ölkəsi tapmaq çətindir. Yunanıstan və Türkiyənin böyük ordusu var. Ancaq onlar sərhədlərindən kənardakı qaynar nöqtələrə operativ şəkildə yerləşdirilməyə hazır deyillər. Bəzi dövlətlər isə öz quru qoşunlarında maliyyə problemlərinə görə ixtisarlar aparırlar.



“The Wall Street Journal”ın qeyd etdiyi kimi alyansın daha böyük və etibarlı müttəfiqlərinin isə öz problemləri var. Belə ki, daha yaxşı təlim keçmiş və silahlanmış Fransa ordusu qüvvələrinin Afrikada yerləşdirilməsi ilə bağlı çox yüklənib. Almaniyanın kağız üzərində döyüşə hazır tank və artilleriya qüvvələri olsa da, ölkə ekspertləri bu qüvvələrin hələ də tam şəkildə təchiz olunmadığını söyləyirlər.



Nüfuzlu “RAND” analitik şirkətinin keçən ilki hesabatında İngiltərənin döyüşə tez bir zamanda kifayət qədər zirehli qüvvə çıxara biləcəyi deyilirdi. Lakin Britaniya iki yeni təyyarə daşıyan gəmi aldığı üçün, quru qoşunlarında ixtisarlar aparıb.



Müqayisə üçün qeyd edək ki, soyuq müharibə dövründə ABŞ 10 gün ərzində təqribən 200 min hərbçini özündə cəmləyən 10 diviziyasını Avropaya yerləşdirməyi planlaşdırırdı. Yeni təklif isə daha uzun zaman müddətində Avropadakı müttəfiqlərin öz qüvvələrini mobilləşdirməsini nəzərdə tutur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024