İş adamının ailəsində faciə - Ölənlərdən 2-si hamilə olub, 3 qızın isə toyu olacaqdı
Tarix: 12-03-2018, 10:36 | Saat: 15:47:00
Bölmə:Manşet, Dünya | çapa göndər

İş adamının ailəsində faciə - Ölənlərdən 2-si hamilə olub, 3 qızın isə toyu olacaqdı


Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan “Başaran Holdinq”ə aid özəl təyyarə İranda dağa çırpılaraq qəzaya uğrayıb. Təyyarədə olan 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin həlak olub.

AzVision.az "Sondakika.com"-a istinadən xəbər verir ki, təyyarə qəzasında ölənlər Türkiyənin tanınmış iş adamı, “Başaran” holdinqin qurucusu və rəhbəri Hüseyn Başaranın qızı Mina Başaran və rəfiqələridir. Artıq həlak olan şəxslərin adları müəyyən edilib. Onlar təyyarənin kapitanı Beril Gebeş, ikinci pilot Melike Kuvvet, sərnişinlər Zeynəb Coşqun, Ayşe And, Burcu Urfalı, Əsli İzmirli, Liana Hananel, Jasmin Baruh, Sinem Akay, Eda Uslu və Mina Başarandır.

İş adamının ailəsində faciə - Ölənlərdən 2-si hamilə olub, 3 qızın isə toyu olacaqdı

Məlumata görə, təyyarə qəzasında həlak olan xanımlardan üçü nişanlı, 2-i isə hamilə olub. Zeynəb Coşqun, Ayşe And və Sinem Akayın yayda toyu olacaqdı. Jasmin Baruh və məşhur bikini markası olan “Lily and Rose”un qurucusu Liana Hananelin 4 aylıq hamilə olduğu deyilib. Təyyarənin "qara qutusu"nun tapıldığı açıqlanıb.

Başaran” holdinqin qurucusu və rəhbəri Hüseyn Başaranın qızı Mina Başaran isə “Metgraf Mətbəçilik”in sahibi Murad Gəzər ilə nişanlı olub.

Qeyd edək ki, İranın Çaharmahal əyalətində təyyarə qəflətən radarlardan itib. Dağa çırpılaraq qəzaya uğrayan təyyarənin qalıqları artıq tapılıb.

aia.az


İş adamının ailəsində faciə - Ölənlərdən 2-si hamilə olub, 3 qızın isə toyu olacaqdı



5185 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
18-07-2018
17-07-2018
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031