Qəzaya düşən şagirdlərin vəziyyəti necədir? - Baş həkim danışdı
Tarix: 12-03-2018, 10:10 | Saat: 15:47:00
Bölmə:Manşet, Hadisə | çapa göndər

Qəzaya düşən şagirdlərin vəziyyəti necədir? - Baş həkim danışdı


Yevlaxda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şagirdlərdən biri əməliyyat olunub.

aia.az xəbər verir ki, bu barədə AzVision.az-a Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi İlham Mayılov məlumat verib. Baş həkim bildirib ki, həmin xəstənin vəziyyəti stabil ağırdır.
"Digər şagirdlərin vəziyyəti isə yaxşıdır. Müalicələrini davam etdirirlər”, - deyə baş həkim vurğulayıb.

Qeyd edək ki, martın 11-də respublikamızın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsində iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus Yevlax rayonu ərazisində qəzaya uğrayıb.

Hadisə zamanı xəsarət alanlardan 12 nəfəri Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların xəsarəti yüngül olduğundan ilkin tibbi yardımdan sonra xəstəxanadan evlərinə buraxılıblar. Digər 5 nəfər xəsarət alan şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

aia.az



5135 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
21-09-2018
20-09-2018
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930