Mobil versiya
Putindən şok AÇIQLAMA: “ABŞ-la razılaşdıq, bizi həyasızcasına aldatdı”
Tarix: 07-03-2018 | Saat: 18:08
Bölmə:Manşet / Dünya | çapa göndər

Putindən şok AÇIQLAMA: “ABŞ-la razılaşdıq, bizi həyasızcasına aldatdı”


Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Ukraynadakı dövlət çevrilişi zamanı onları aldatdığını vurğulayıb. Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidenti “Dünya nizamı 2018” sənədli filmi üçün müsahibəsində danışıb.



“Amerikalı əməkdaşlarımız bizə müraciət etdilər ki, biz əlimizdən gələn hər şeyi edək. Mən bunu sizə demək olar ki hərfi-hərfinə deyirəm, onlar xahiş etdilər ki, Yanukoviç ordunu istifadə etməsin, müxalifət meydan və inzibati binaları boşaltsın. Və vəziyyətin normallaşdırılması üçün əvvəlki razılığa əməl etməyə başlasın”.



Putinin sözlərinə görə Rusiya bununla razılaşıb.



“Amma, bir gün sonra Ukraynada dövlət çevrilişi oldu. Amerika bu çevrilişi öz əli ilə həyata keçirdi”.

Rusiya dövlət başçısının sözlərinə görə bu cür ciddi aldatma hadisəsi ABŞ tərəfindən ilk belə hadisə oldu.



“Belə aşkar və həyasızcasına aldatmaq məncə ilkdir. Əvvəlcə bir şey xahiş edib, sonra tamamilə əksini etmək və bundan sonra da heç bir münasibət bildirməmək - belə bir şey görülməyib".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024